Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda “Ekologiya və qida təhlükəsizliyi” mövzusunda film nümayiş etdirilib

Sumqayıtda “Ekologiya və qida təhlükəsizliyi” mövzusunda film nümayiş etdirilib

Sumqayıtda “Ekologiya və qida təhlükəsizliyi” mövzusunda film nümayiş etdirilib

Oktyabrın 29-da Sumqayıt Gənclər Evində Gənclər və İdman Baş İdarəsi və Sumqayıt Dövlət Universitetinin Tələbə-gənclər təşkilatının birgə təşkilatçılığı ilə "Ekologiya və Qida Təhlükəsizliyi” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edənlər - Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov və Tələbə-gənclər təşkilatının sədr müavini Eldar Müzəffərov sağlamlığımızın qorunması, ekologiyanın çirklənməsinin qarşısının alınması, qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində gənclərin üzərinə müəyyən işlərin düşdüyünü, gənc nəslin bu yöndə maarifləndirilməsinin vacibliyini qeyd ediblər. Bildirilib ki, Prezident cənab İlham Əliyevin sərəncamı ilə müxtəlif illərdə qəbul olunmuş Dövlət Proqramlarının uğurlu icrası ölkəmizdə qida məhsullarına təlabatın ödənilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsini daima prioritet istiqamət olaraq önə çıxarıb.

Sonra gənclərə ətraf mühitin mühafizəsinin və qida təhlükəsizliyinin vacibliyi ideyalarını geniş təbliğ etmək məqsədilə film nümayiş olunub, fasilə zamanı isə çay süfrəsi təşkil edilib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR