Sumqayıtda hava

Manşet, Cəmiyyət

Etilen-polietilen zavodunda obyekt mülki müdafiə məşqindən FOTOLAR

Etilen-polietilen zavodunda obyekt mülki müdafiə məşqindən FOTOLAR

Etilen-polietilen zavodunda obyekt mülki müdafiə məşqindən FOTOLAR

Etilen-polietilen zavodunda obyekt mülki müdafiə məşqindən FOTOLAR

Etilen-polietilen zavodunda obyekt mülki müdafiə məşqindən FOTOLAR

Oktyabrın 28-də "Azərikimya" İB-nin Etilen-polietilen zavodunun Etilen istehsalatının Neft-kimya məhsullarının qəbulu və buraxılması sahəsində "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda maarifləndirici tədbir və obyekt mülki müdafiə məşqi keçirilb.

İB-dən "Yenisumqayit.az"a bildirilib ki, təlimdə Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin mülki müdafiə qüvvələri, o cümlədən mühəndis-kəşfiyyat manqası, xilasetmə dəstəsi, kimya-radiasiya müşahidə postu, müşahidə və laboratoriya şəbəkəsi, sanitar postu, yanğınsöndürmə, elektrik xətlərinin təmiri və rabitə manqaları, qazdan xilasetmə dəstəsi və fərdi mühafizə vasitələrinin paylanması məntəqəsi ilə yanaşı, FHN-nin Respublika Mülki müdafiə İdarəsinin, Mülki Müdafiə Qoşunlarının kimya müşahidə laboratoriyasının və Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin şəxsi heyətləri, respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin üzvləri, Azərbaycan Dəmir Yolları QSC-nin Yanğınsöndürən qatarının şəxsi heyəti, Sumqayıt şəhər təxirəsalınmaz təcili tibbi yardım stansiyasının və "Kimyaçı” poliklinikasının tibbi yardım briqadaları iştirak ediblər.

Şərti zəlzələnin təsirindən zavodun Neft-kimya məhsullarının qəbulu və buraxılması sahəsində baş vermiş dağıntılar altından insanların xilas edilməsi, benzin saxlanılan tutumun girişində boru xətlərinin zədələnməsi nəticəsində baş vermiş yanğının yayılmasının qarşısının alınması və işçilərin maksimum mühafizə olunması məqsədi daşıyan təlimdə həyəcan siqnalının verilməsi ilə mülki müdafiə və yanğınsöndürmə dəstələri, xüsusi xilasetmə qrupları özlərini hadisə yerinə çatdırıblar. Mühəndis-kimya kəşfiyyat qrupu tərəfindən dağıntı və yanğın baş vermiş ərazidəki vəziyyət barədə məlumat toplanıldıqdan, həmçinin radiasiya-kəşfiyyat qrupu tərəfindən ərazinin nə dərəcədə zəhərli və radiasiya təhlükəli olması ilə bağlı Mülki Müdafiə Qərargahına məlumat verildikdən sonra xilasetmə manqaları tərəfindən xəsarət alanların xilas edilməsi, təhlükəsiz əraziyə çıxarılması, ilkin tibbi yardım göstərmək üçün sanitar posta təhvil verilməsi və ağır vəziyyətdə olanların təcili yardım maşınlarında şəhərin müalicə müəssisələrinə göndərilməsi əməliyyatları yerinə yetirilib. Qəza-bərpa manqaları tərəfindən elektrik, qaz və su xətlərinin bərpası işləri operativ şəkildə həyata keçirilib. Yanğınsöndürmə qatarının şəxsi heyəti tərəfindən benzin tutumunun yaxınlığındakı məhsulla dolu dəmir yolu çənləri ərazidən uzaqlaşdırılıb və zədələnmə nəticəsində yanğın baş vermiş 1 ədəd dəmir yolu çəni söndürülüb. Dövlət Yanğından Mühafizə İdarəsinin şəxsi heyətinin operafiv müdaxiləsi ilə benzin saxlanılan tutumda baş vermiş yanğın digər tutumlara keçməsinin qarşısı alınmaqla söndürülüb.

Təlim müddətində mülki müdafiə qüvvələri əlbir şəkildə hərəkət edib, pərakəndəliyə, çaşqınlığa yol verməyiblər. Təlim qüsursuz başa çatıb, qarşıya qoyulmuş Etilen-polietilen zavodunun mülki müdafiə planının reallığının yoxlanılması, fövqaladə hadisələr zamanı xilasetmə və digər təxirəsalınmaz işləri yerinə yetirərkən rəhbər heyətdə qərar qəbul etmək bacarığının təkmilləşdirilməsi və qarşıya qoyulan digər məqsədlərə nail olunub.

Sonda iştirakçılara "Azərikimya” İB-nin Mülki Müdafiə Qərərgahının rəhbərliyi tərəfinfən təşəkkür elan olunub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR