Sumqayıtda hava

Cəmiyyət

Çin Xalq Respublikasının nümayəndə heyəti Sumqayıtda

Çin Xalq Respublikasının nümayəndə heyəti Sumqayıtda

Xarici Ölkələrlə Ümumçin Dostluq Cəmiyyətinin Mərkəzi Asiya və Avropa ölkələri üzrə İdarə rəhbəri xanım Hu Çunmei və onun nümayəndə heyəti Sumqayıt şəhərində səfərdə olub.

Sumqayıt Şəhər İH Başçısının birinci müavini Faiq Kərimov nümayəndə heyətinin üzvləri ilə görüşüb. Görüşdə iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə edilib. Qonaqlara Sumqayıt şəhərinin yaranma tarixi, onun coğrafi quruluşu barədə ətraflı məlumat verilib. Bildirilib ki, Sumqayıt şəhərində son bir il ərzində irimiqyaslı layihələr həyata keçirilərək mühüm naliyyətlər əldə olunub. İlk dəfə olaraq gənclər şəhərində müasir bulvar kompleksi yaradılıb. Bununla yanaşı şəhərdə geniş abadlıq və quruculuq işləri aparılıb. Nəticədə Sumqayıt günü-gündən dəyişərək müasir şəhərə çevrilib. Qeyd olunub ki, Sumqayıt bu gün müasir sənaye şəhəridir. Burada artıq onlarla yeni müasir müəssisə fəaliyyət göstərir.Nümayəndə heyətinə Sumqayıt Kimya Sənaye Parkında investorlar üçün yaradılmış güzəşt mexanizmləri və xidmətlər barədə ətraflı məlumat verilib. Sumqayıt şəhəri ilə Çin arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.

Dostluq Cəmiyyətinin Mərkəzi Asiya və Avropa ölkələri üzrə İdarə rəhbəri xanım Hu Çunmei Sumqayıt şəhərin davamlı inkişafını yüksək qiymətləndirib. O, qeyd edib ki, Çin ilə Azərbaycan Respublikası arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur və gələcəkdə iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar vardır.

Sonra qonaqlar Heydər Əliyev Mərkəzinə gəliblər. Nümayəndə heyəti Mərkəzdəki ekspozisiyaya və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoguşələrə baxıb, tətbiqi sənət emalatxanasında olublar.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR