Sumqayıtda hava

Manşet, Elan

Sumqayıtda “Ani Fantaziya” rəsm festivalı keçiriləcək

Sumqayıtda “Ani Fantaziya” rəsm festivalı keçiriləcək

Noyabrın 13-də Sumqayıt şəhərində Əli Eminlinin fərdi layihəsi əsasında Gənclər Fondunun maliyyə, "Sağlam Düşüncə” Gənclər Təşkilatı və Sumqayıt Gənclər Evinin təşkilati dəstəyi ilə "Ani Fantaziya” Rəsm Festivalı keçiriləcək.

Layihə rəhbəri "Yenisumqayit.az"a bildirib ki, festival müsabiqə xarakterli olacaq.

Layihənin əsas fərqli cəhəti mövzunun festival gününə qədər açıqlanmamasıdır, yəni gənclərin çəkəcəyi rəsmlərin mövzusu həmin an, daha dəqiq desək, açılış mərasimindən sonra açıqlanacaq. Qeyd edək ki, layihədə istifadə olunan rəsm ləvazimatları iştirakçılara hədiyyə olunacaq.

"Ani Fantaziya” Rəsm Festivalının əsas məqsədləri istedadlı gənclərin öz bacarıqlarını, fantaziya və yaradıcılıqlarını göstərə biləcəkləri bir mühitin yaradılması, həmin gənclərin özləri kimi istedadlı gənclərlə əlaqə qurması və yeni dostluqlar qazanması, onların əl işlərinin sərgilənməsi və gənclər arasında incəsənətin təbliğidir.

Layihə çərçivəsində ilk olaraq seçim mərhələsi təşkil olunacaqdır. İştirakçıların seçimi internet vasitəsilə aparılacaqdır. İnternetə girişi olmayan gənclər isə Sumqayıt Gənclər Evinə və ya "Sağlam Düşüncə” Gənclər Təşkilatının ofisinə rəsmləri ilə birlikdə müraciət edə bilərlər. Qeyd edək ki, hazırda seçim mərhələsi davam edir. Layihədə yeniyetmələr və gənclər iştirak edə biləcəklər.

İştirakçı olmaq istəyən gənclər 6 noyabr 2016-cı il tarixinədək ad, soyad, əlaqə nömrəsi və çəkdikləri 2 ədəd rəsmin fotoşəkillərini ani.fantaziya@gmail.com elektron poçtuna göndərə bilərlər.

Əlaqə: Əli Eminli,

Tel: 055 524 20 30

E-mail: eli.eminli97@gmail.com

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

KATEQORIYALAR