Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda növbəti maarifləndirici tədbir - “Dini radikalizm və terror”

Sumqayıtda növbəti maarifləndirici tədbir - “Dini radikalizm və terror”

Noyabrın 4-də Sumqayıt şəhərində yerləşən Tarix muzeyində "Dini radikalizm və terror” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, tədbirdə Şəhər İH-nin, DTX-nın Sumqayıt şəhər İdarəsinin, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin nümayəndələri, şəhərdə fəaliyyət göstərən tam orta məktəblərin direktorları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İH-nin nümayəndəsi Fərman Kazımov dövlət-din münasibətlərinin bugünkü vəziyyətindən, bu sahədə görülən işlərdən danışıb, eləcə də dünyada dini və milli zəmində baş verən münaqişələr, ölkəmizə qarşı olan dini təhdidlər haqqında fikirlərini bildirib. Bildirilib ki, bir çox müsəlman ölkələrində dini zəmində baş verən qarşıdurmalar, qanlı hadisələr bizləri narahat etməyə bilməz. Odur ki, cəmiyyətləri, dövlətləri belə faciələrə aparan dini radikalizm və dini ifratçılığın mahiyyətini başa düşmək və bu kimi zərərli dini təsirləri neytrallaşdırmaq üçün xüsusilə də maarifləndirmə işini genişləndirmək vacibdir.

Çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov dini radikallaşma meyilləri və onun təzahürü, radikal dini cərəyanların təbliğat üsulları barədə danışıb.

DTX-nın Sumqayıt şəhər İdarəsinin şöbə müdiri Natiq Səmədov isə çıxış edərək dini ekstremizm və radikalizmə qarşı mübarizənin qanunvericilik əsasları haqqında məlumat verib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR