Sumqayıtda hava

Manşet, İqtisadiyyat

“Etilen-polietilen” zavodunun yenidənqurulması layihəsi çərçivəsində yeni müqavilələr imzalanıb

“Etilen-polietilen” zavodunun yenidənqurulması layihəsi çərçivəsində yeni müqavilələr imzalanıb

Noyabrın 5-də Sumqayıt şəhərində "Azərikimya” İB-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və digər rəhbər şəxslərin iştirakı ilə "Etilen-polietilen” zavodunun yenidənqurulması layihəsi çərçivəsində Birlik ilə "TECHNİP İTALY S.p.A.” şirkəti və "SOCAR-KBR” Birgə Müəssisəsi arasında imzalanma mərasimi keçirilib.

SOCAR-ın məlumatına görə, şirkətin prezidenti Rövnəq Abdullayev həyata keçiriləcək yenidənqurma və rekonstruksiya işlərindən bəhs edərək bildirib ki, görüləcək tədbirlər nəticəsində mövcud texnoloji qurğular modernləşdiriləcək, yeni qurğular inşa olunacaq, nəticədə Birliyin istehsal gücü artacaq, Sumqayıtda tikintisinə başlanılmış Polipropilen və Polietilen qurğuları xammal ilə təmin ediləcək, ölkənin bu məhsullara tələbatı ödəniləcək, ixrac potensialı artacaq, texnoloji prosesin stabil və təhlükəsiz istismarının gücləndirilməsi, xammal və hazır məhsulların keyfiyyətinin yüksəldilməsi təmin olunacaq. Sonra "Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev iştirakçılara "Azərikimya” İB-də həyata keçirilən yeni layihələr haqqında ətraflı məlumat verib.

"TECHNİP İTALY S.p.A.” şirkətinin Baş İcraçı Direktoru Marco Villa, 2018-2019-cu illərə qədər davam etdiriləcək yenidənqurma layihələrinin mürəkkəbliyi nəzərə alınaraq, uyğun istiqamətlərdə böyük təcrübəyə malik "SOCAR-KBR” Birgə Müəssisəsi Layihənin İdarə Edilməsi üzrə podratçı qismində işlərə cəlb olunub.

"KBR” şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti, "SOCAR-KBR” Birgə Müəssisəsinin İdarə Heyətinin üzvü Jan Egil Braendeland bildirib ki, imzalanacaq müqavilə çərçivəsində "SOCAR-KBR” və "Azərikimya” İB-nin mütəxəssislərindən ibarət İnteqrasiya olunmuş İdarəetmə Komandası - "Birgə Layihə Qrupu”nun yaradılması nəzərdə tutulur. "SOCAR-KBR” Birgə Müəssisəsi layihənin bütün mərhələlərinin icrasına nəzarət edəcək və cəlb olunan podratçıların idarə edilməsində "Azərikimya” İB-yə dəstək verəcək.

Görüş çərçivəsində "Azərikimya” İB ilə "TECHNİP İTALY S.p.A.” arasında modernizasiya və yenidənqurma işləri ilə əlaqədar yeni obyektlərin, avadanlıqların və infrastrukturun layihələndirilməsi, satın alınması, tikintisi, sazlanması, işə salınması, sınaqdan keçirilməsi və istismara hazırlanması da daxil olmaqla EPC müqaviləsi, Birliklə "SOCAR-KBR” Birgə Müəssisəsi arasında Layihənin İdarəedilməsi üzrə Podratçı-PMC müqaviləsi imzalanıb. Hər iki müqaviləni "Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev, qarşı tərəfdən isə müvafiq olaraq "TECHNİP İTALY S.p.A.” şirkətinin Baş İcraçı Direktoru Marco Villa və "KBR” şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti Jan Egil Braendeland imzalayıblar.

Sonra tədbir iştirakçıları rekonstruksiya aparılacaq əraziyə gəlib, layihənin plan sxemləri ilə tanış olub, burada ağac əkib və xatirə şəkili çəkdiriblər.

Xatırladaq ki, cari ilin martında zavodun yenidənqurulması layihəsi çərçivəsində Azərikimya İB ilə "TECHNİP İTALY S.p.A.” şirkəti arasında detallı mühəndislik və təchizata dəstək xidmətləri üzrə ilkin işlərə dair müqavilə imzalanıb.

"Yenisumqayit.az"

“Etilen-polietilen” zavodunun yenidənqurulması layihəsi çərçivəsində yeni müqavilələr imzalanıb

“Etilen-polietilen” zavodunun yenidənqurulması layihəsi çərçivəsində yeni müqavilələr imzalanıb

“Etilen-polietilen” zavodunun yenidənqurulması layihəsi çərçivəsində yeni müqavilələr imzalanıb

“Etilen-polietilen” zavodunun yenidənqurulması layihəsi çərçivəsində yeni müqavilələr imzalanıb

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR