Sumqayıtda hava

Cəmiyyət

Sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edilir

Sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edilir

"Konstitusiya” Araşdırmalar Fondunun "MitOst” Assosiasiyasının dəstəyi ilə həyata keçirdiyi "İncəsənət sosial inkişafda vasitə kimi” layihəsi çərçivəsində qiymətləndirmə seminarı və layihənin bağlanış mərasimi keçirilib.

"İncəsənət sosial inkişafda vasitə kimi” layihəsinin məqsədi sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edilməsinin təşviqidir. Qiymətləndirmə seminarında sosial inkişafa yönəlmiş layihələrin icrasında incəsənətin rolundan istifadənin vacibliyi, və sosial məsəslələrin işıqlandırılmasında əhəmiyyəti müzakirə olunub.

Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyinin, "Konstitusiya” Araşdırmalar Fondunun, Gözdən əlil uşaqlar üçün 38 saylı 11 illik Musiqi məktəbinin, Zəkalar liseyinin, Xəzər universitetinin, "DAAD” beynəlxalq əməkdaşlıq proqramının nümayəndələrinin də iştirak etdiyi yekun tədbir zamanı təqdim olunan təşəbbüslər qonaqlara nümayiş olunub. Layihə çərçivəsində dəstəklənən 6 təşəbbüs - ətraf mühitin mühafizəsi, gənclərin peşə-ixtisas seçimi, valideyn-övlad münasibəti, görmə məhdudiyyəti olan və uşaq evlərində yaşayan gənclərin cəmiyyətə inteqrasiyası, erkən nigahlar mövzularını əhatə edib. Təşəbbüslərin gerçəkləşməsində fərqli incəsənət vasitələrindən istifadə edilib.

Sonda layihə iştirakçıları diplomlarla təltif olunublar.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR