Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda “Vətənpərvərlik” mövzusunda tədbir

Sumqayıtda “Vətənpərvərlik” mövzusunda tədbir

Sumqayıtda “Vətənpərvərlik” mövzusunda tədbir

Sumqayıtda “Vətənpərvərlik” mövzusunda tədbir

Noyabrın 5-də "Sumqayıt Gənclər Evi”ndə şəhər Gənclər və İdman Baş İdarəsi və Sumqayıt Dövlət Universitetinin Tələbə-gənclər təşkilatının birgə təşkilatçılığı ilə "Vətənpərvərlik” mövzusunda tədbir keçirilib.

Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov, SDU TGT-nin üzvü Adil Orucov çıxış edərək əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən birinin də gənc nəslin vətənpərvərlik ruhunda, Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiq ruhda tərbiyəsi olduğunu bildiriblər. Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili daha böyük aktuallıq kəsb edir.

Qeyd olunub ki, bu gün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu inkişaf etdirilir, gənclərin vətənpərvərlik tərbiyəsinə, o cümlədən böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir.

Tədbir vətənpərvərlik, dövlətçilik, fədakarlıq, qəhrəmanlıq ideyalarını təbliğ edən filmin nümayişi ilə davam edib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR