Sumqayıtda hava

Manşet, Cəmiyyət

"Azərikimya"da növbəti “Xəmsə” bilik yarışı

"Azərikimya"da növbəti “Xəmsə” bilik yarışı

"Azərikimya" İB-nin təşkilatçılığı ilə bir sıra müəssisə, idarə və təşkilatların komandaları arasında Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunmuş "Xəmsə” bilik yarışması keçirilib.

"Azərikimya” İB-nin də təmsil olunduğu yarışlara Bakı Ali Neft Məktəbinin, Sumqayıt Dövlət Universitetinin, AMEA Polimer Materialları İnstitutunun, MDU-nun Bakı filialının, YAP Sumqayıt şəhər təşkilatının, Sumqayıt Dövlət Texniki kollecinin, "Paşa-Həyat Sığorta” ASC-nin, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinin, Karbamid zavodunun, FHN-nin Sumqayıt Regional mərkəzinin, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər təşkilatınin, "N” saylı hərbi hissənin, "Asan Xidmət”in və digər müəssisələrin komandaları da daxil olmaqla 20 komanda qatılıb. İştirakçıların xüsusi fəallığı, münsiflər heyətinin, o cümlədən "Xəmsə” yarışları üzrə mütəxəssislərin ciddi nəzarəti altında keçirilən, üç seçim və bir final mərhələsindən ibarət yarışmada yüksək bilik səviyyəsi, geniş dünyagörüşü və hazırcavablıqları ilə seçilən "Azərikimya” İB-nin komandası birinci, YAP Sumqayıt şəhər təşkilatının və Bakı Ali Neft Məktəbinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutub. Karbamid zavodunun komandası həvəsləndirici mükafata (IV yer) layiq görülüb. Sumqayıt Dövlət Universitetinin komandası isə yarışmada fəal iştirakına və 4 fəal komanda arasında keçirilən şans mərhələsində qalib gəldiyinə görə mükafatlandırılıb.

"Azərikimya" İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev bilik yarışmasında mükafata layiq yerlər tutmuş komandaların üzvlərini təbrik edib, onlara daha böyük qələbə sevincləri arzulayıb.

Qalib komandalara "Azərikimya" İB Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri diplom və mükafatlar təqdim olunub.

"Yenisumqayit.az"

"Azərikimya"da növbəti “Xəmsə” bilik yarışı

"Azərikimya"da növbəti “Xəmsə” bilik yarışı

"Azərikimya"da növbəti “Xəmsə” bilik yarışı

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR