Sumqayıtda hava

Cəmiyyət

İndoneziya səfiri Qafqaz Universitetində

İndoneziya səfiri Qafqaz Universitetində

İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dr. H.Husnan Bey Fananie Qafqaz Universitetində olub.

Universitetin rektoru professor Havar Məmmədov ali qonağı salamlayıb və universitet haqda ətraflı məlumat verib. Rektor bildirib ki, 23 il tarixi olan Qafqaz Universitetində 3 fakültədə 24 ixtisas üzrə mütəxəsis hazırlanır. Müəllimlərinin əksəriyyətini gənc alimlər təşkil edən universitetdə ixtisasların 60 faizdən çoxu ingilis sektorudur. Universitetin maddi–texniki bazası və tədris planı imkan verir ki, müasir və beynəlxalq standartlara cavab verən tədris prosesi həyata keçirək. Kimya, biologiya, komputer laborotoriyaları, mühəndisliyin 11 sahəsi üzrə laborotoriyalar, texnopark və digər sahələr üzrə müasir texnologiyalı laborotoriyalarımız tələbələrin ixtiyarındadır. Eyni zamanda bu laborotoriyalarda müəllimlərimiz də elmi tədqiqat işləri aparırlar. Onu da qeyd edim ki, universitet tam elektronlaşıb. Məzunlarımız ölkədə və eləcə də ölkə xaricində ən nüfuzlu şirkətlərdə işləyirlər. Universitetin beynəlxalq əlaqələri çox genişdir.Universitet olaraq həm beynəlxalq layihələrdə iştirak edirik, həm də hal-hazırda dünyanın 27 xarici ölkəsindən tələbə təhsil alır. Sizin ölkənizdən də 2 tələbə təhsil alır. Onlar universitet şəhərciyində yerləşən müasir tələbə yataqxanasında yaşayırlar. Hörmətli səfir, siz bilirsiniz ki, Möhtərəm Prezidentimiz İlham Əliyev dünyaya örnək olacaq Multikulturalizm siyasəti aparır və 2016-cı ili Multikulturalizm ili elan edib. Universitetimizdə Multikulturalizm Elm-Tədris Mərkəzinin açılışı olub. Qeyd etdiyim kimi 27 xarici ölkədən tələbəmiz var və universitetdə multikulturalizm mühiti mövcuddur. Tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün tələbə dərnəkləri var.

Səfir Dr. H.Husnan Bey Fananie Qafqaz Universitetində olmaqdan məmnunluq hissi keçirdiyini səmimi qarşılanmaya görə rektora təşəkkürünü bildirdi. Səfir qeyd etdi ki, ölkələrin inkişafında ali təhsil müəssisələrinin rolu əvəzsizdir. Qafqaz Universiteti də beynəlxalq aləmdə tanınmış üniversitetdir. Cənab Prezident İlham Əliyevlə görüşümüzdə ölkənizin Multikulturalizm ənənələrindən və 270 mln əhalisi olan İndoneziyadan Azərbaycana turistlərin gəlməsi ilə əlaqəli danışdıq. Bunun əməli nəticəsi olaraq Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullanın dəstəyi ilə bu mövzuda seminarlar təşkil etdik və yaxın günlərdə Muğam Mərkəzində İndoneziya günləri keçirəcəyik. Bu tədbirimizə 200-dən çox indoneziyalı gələcək. Bu da iki ölkə arasında turizm əlaqələrinin inkişafına töhvə olacağına ümid edirəm.

Hörmətli rektor mən də elm adamıyam və çox məmnunam ki, bizim vətəndaşlardan Qafqaz Universitetində təhsil alan var. Çalışacam ki, gələcəkdə Azərbaycana təhsil almaqa gələn indoneziyalı gənclərin sayını artsın.Görüşün nəticəsi olaraq qərara alındı ki, Azərbaycan-İndoneziya arasında təhsil əlaqələrinin inkişafı üçün səfirlik vasitəsi ilə Qafqaz Universiteti ilə indoneziyada fəaliyyət göstərən universitetlər arasında əməkdaşlıq qurulsun, müəllim-tələbə mübadiləsi aparılması üçün işlər görülsün. Eyni zamanda Qafqaz Universitetində fəaliyyət göstərən Multikulturalizm Elm-Tədris Mərkəzi ilə səfirlik arasınnda əməkdaşlığın qurulması və elmi tədqiqat işlərinin aparılması məqsədəuyğun hesab edilib.

Sonda xatirə şəkli çəkildi və qarşılıqlı hədiyyələr təqdim olundu.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR