Sumqayıtda hava

Cəmiyyət

Türkmənistan səfirliyinin əməkdaşları Qafqaz Universitetində

Türkmənistan səfirliyinin əməkdaşları Qafqaz Universitetində

Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinin birinci katibi - konsul Batur Rejepov səfirlik əməkdaşları ilə birgə Qafqaz Universitetində olublar. Bu barədə "Yenisumqayit.az"a Universitetdən bilgi verilib.

Rektor, professor Havar Məmmədov konsula ölkələrimiz və prezidentlərimiz arasında olan dostluq əlaqələrinin yüksək olmasından danışıb. Rektor bu dostluqun təhsilin inkişafına da töhvə verdiyini qeyd edib. Bildirilib ki, Qafqaz Universitetində Türkmənistanlı tələbələr təhsil alır və universitetin ictimai həyatında çox fəaldırlar. Ümumilikdə 27 xarici ölkədən tələbəmiz var. Onlar da güclü maddi-texniki bazası, müasir texnologiyalı laborotoriyaları və müasir biliklərə malik müəllimləri olan Qafqaz Universitetində beynəlxalq standartlara cavab verən mütəxəssis kimi hazırlanırlar. Bu səbəbdəndir ki, məzunlarımız xarici ölkələrdə təhsillərini davam etdirə və xarici şirkətlərdə işləyə bilirlər. Universitetin beynəlxalq əlaqələrinin yüksək olduğundan tələbələrimiz təhsil aldıqları müddətdə mübadilə proqramları vasitəsi ilə bir il xarici ölkə universitetlərində təhsil alma imkanları əldə edirlər. Xarici tələbələrimiz əsasən universitetin müasir tipli tələbə yataqxanasında qalırlar. Oğlan və Qız yataqxanasında tələbələr üçün hər şərait təşkil olunub. Tələbəyə iş olaraq ancaq oxumaq düşür.

Möhtərəm Prezidentimiz xalqımızın milli dəyəri olan Multikulturalizmi dövlət siyasətinə çevirdi və 2016-cı ili Multikulturalizm ili elan etdi. Bilik Fondu ilə birgə Qafqaz Universiteti Multikulturalizmlə əlaqəli bir sıra tədbirlər həyata keçirib. Bu ay isə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullanın, nazirlik və ölkə ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə "Multikulturalizm Elm-Tədris Mərkəzi”nin açılışı olub. Mərkəzdən müəllim və tələbələrimiz aktiv şəkildə istifadə edirlər. Qafqaz Universitetini seçmiş xarici tələbələr də mərkəzdən bəhrələnərək ölkəmizi və xalqımızı daha yaxından tanıyacaqlar.

Konsul Batur Rejepov qeyd etdi ki, Qafqaz Universiteti Azərbaycanı təhsil sahəsində beynəlxalq aləmdə təmsil edən universitetlərdən biridir. Səfirlik olaraq universitetlə daim əməkdaşlıq etmişik, birgə tədbirlər həyata keçirmişik. Burada təhsil alan vətəndaşlarımız da universitetin təhsil sistemindən həmişə razılıq ediblər. Havar müəllim inanıram ki, sizin təcrübəniz sayəsində burada olan imkanlardan daha yaxşı istifadə olunacaq və universitet daha da inkişaf edəcək.Sonda konsul universitetə ölkəsinin müstəqillik tarixini əks etdirən kitab hədiyyə etdi.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR