Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda “Ani Fantaziya” Rəsm Festivalı keçirildi

Sumqayıtda “Ani Fantaziya” Rəsm Festivalı keçirildi

Sumqayıtda “Ani Fantaziya” Rəsm Festivalı keçirildi

Noyabrın 13-də Sumqayıt şəhərində Əli Eminlinin fərdi layihəsi əsasında Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi, "Sağlam Düşüncə” Gənclər Təşkilatı, Gənclər və İdman Baş İdarəsi və Gənclər Evinin təşkilati dəstəyi ilə "Ani Fantaziya” Rəsm Festivalı keçirilib. Festival müsabiqə xarakterli olub.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsindən "Yenisumqayit.az"a bildirilib ki, rəsm festivalının əsas məqsədi istedadlı gənclərə öz bacarıqlarını, fantaziya və yaradıcılıqlarını göstərə biləcəkləri bir mühitin yaradılması, yeni dostluqlar qazanmaları, əl işlərinin sərgilənməsi və incəsənətin təbliğidir. Layihənin fərqli cəhəti mövzunun festival gününə qədər açıqlanmaması, festivalda gənclərin çəkəcəyi rəsmlərin mövzusunun həmin an elan edilməsi olub. Mövzu isə dünyada və ölkəmizdə aktual olan "Multikulturalizm, Sülh və Tolerantlıq” olub. Mövzunun seçilməsinə səbəb ölkəmizdə 2016-cı ilin "Multikulturalizm ili” olması, bu məsələ ilə bağlı dünya ölkələrindəki problemlərə diqqət çəkmək, ölkəmizdə isə müxtəlif millətlərin bir arada tolerant və sülh şəraitində yaşamasının bütün dünya ölkələri üçün nümunə olduğunu göstərmək olub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR