Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda “Nitq mədəniyyəti - Ünsiyyətdə jestlərin rolu” təlimi keçirildi

Sumqayıtda “Nitq mədəniyyəti - Ünsiyyətdə jestlərin rolu” təlimi keçirildi

Sumqayıtda “Nitq mədəniyyəti - Ünsiyyətdə jestlərin rolu” təlimi keçirildi

Sumqayıtda “Nitq mədəniyyəti - Ünsiyyətdə jestlərin rolu” təlimi keçirildi

Noyabrın 12-də Sumqayıt Gənclər Evində şəhər Gənclər və İdman Baş İdarəsi və "City College” tədris mərkəzinin birgə təşkilatçılığı ilə Fərdin şəxsi inkişafı Akademiyası çərçivəsində silsilə təlimlərə start verilib. İlk təlim mövzusu "Ünsiyyətdə jestlərin rolu” mövzusunda olub.

Tədbirdə çıxış edən Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov iştirakçıları 12 Noyabr – Konstitusiya günü münasibəti ilə təbrik edib, demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu ilk Milli Konstitusiyamızın qəbul olunması tarixindən, dövlət gənclər siyasətinin hüquqi bazasından, dövlət proqramlarından danışıb. Qeyd olunub ki, Respublikamız dövlət müstəqilliyi əldə etdikdən sonra 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş Konstitusiyada Azərbaycan dili dövlət dili kimi öz hüquqi statusunu alıb.

Ülvi Ocaq tərəfindən verilən təlimdə nitq mədəniyyəti və ünsiyyətdə jestlərin əsasları, ifadəlilik bacarıqlarına yiyələnməyin əhəmiyyətindən danışılıb, mədəni nitqə verilən tələblər, şərtlər, nitqin ifadəliliyini təmin edən əsas vasitələrdən olan mimika və jestlərdən istifadə prosedurları izah edilib. Bildirilib ki, hər bir gözəl natiq dərin biliyə, hərtərəfli məlumata sahib olmaqla yanaşı, rəvan, aydın və cəlbedici, səfərbəredici bir dillə danışmağı, fikirilərini gözəl hərəkətlərlə ifadə etməyi bacarmalıdır.

Təlimdə iştirakçılarla mövzu ətrafında təcrübi məşqlər edilib, fikir mübadiləsi aparılıb.

"Yenisumqayit.az"

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR