Sumqayıtda hava

Manşet, Cəmiyyət

“Azərikimya” İB-də növbəti şənbə iməcliyi keçirilib

“Azərikimya” İB-də növbəti şənbə iməcliyi keçirilib

“Azərikimya” İB-də növbəti şənbə iməcliyi keçirilib

“Azərikimya” İB-də növbəti şənbə iməcliyi keçirilib

"Azərikimya” İB-nin struktur bölmələrində növbəti şənbə iməcliyi keçirilib. Birlikdən "Yenisumqayit.az"a bildirilib ki, Konstitutsiya gününə həsr olunmuş iməclikdə Etilen-polietilen zavodunun, Təmir-tikinti İdarəsinin, Birliyin baş ofisinin və "Azəriqaz” İB-nin əməkdaşları ilə birgə 400 nəfərdən artıq insan iştirak edib.

60 nəfərlə təmsil olunan "Azəriqaz” İB-nin əməkdaşları "Azərikimya” İB-nin baş ofisinin 60 nəfərlik işçisi ilə birgə Etilen-polietilen zavodunun Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin xüsusi yaşıllıq zonası üçün ayrılmış ərazisində 100 ədəd heyva, 100 ədəd xurma, 100 ədəd ərkivani, 100 ədəd tut, 100 ədəd iydə, 100 ədəd melya və 200 ədəd nar olmaqla ümumilikdə 800 ağac əkiblər.

Böyük ruh yüksəkliyi şəraitində keçən iməcilik zamanı Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin 300 nəfərlik işçisi daxili ərazilərdə, həmçinin Səməd Vurğun küçəsi boyu təmizlik-abadlıq işləri aparıb, əvvəlki iməcliklərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərib, diblərini belləyib və sahələri alaq otlarından təmizləyiblər.

Sumqayıtın sənaye zonasında ekoloji mühitin yaxşılaşdırılmasına və yaşıllıqların artırılmasına xidmət edən iməciliklərin növbəti şənbə günlərində də davam etdirilməsi nəzərdə tutulub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR