Sumqayıtda hava

Manşet, Cəmiyyət

"Azərikimya" İB-də növbəti ənənəvi xeyriyyə aksiyası - FOTOLAR

"Azərikimya" İB-də növbəti ənənəvi xeyriyyə aksiyası - FOTOLAR

"Azərikimya" İB-də növbəti ənənəvi xeyriyyə aksiyası - FOTOLAR

"Azərikimya" İB-də növbəti ənənəvi xeyriyyə aksiyası - FOTOLAR

"Azərikimya" İB-də növbəti ənənəvi xeyriyyə aksiyası - FOTOLAR

Bu gün "Azərikimya" İB Respublika "Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər təşkilatı ilə birgə "Mərhəmətli olmağa tələsin!" devizi altında növbəti xeyriyyə aksiyasına start verib.

Birlikdən "Yenisumqayit.az"a bildirilib ki, aksiyada Karbamid zavodunun, SOCAR Polimer MMC-nin, Texnologiyalar parkının, Sumqayıtda yerləşən idarə, müəssisə, təşkilat, bank və sığorta şirkətlərinin rəhbərləri, Səhiyyə şöbəsinin və özəl klinikaların baş həkimləri, icra hakimiyyətinin və şəhər bələdiyyəsinin nümayəndələri - ümumilıkdə isə 50-dən artıq qurumu təmsil edən insanlar iştirak edib.

Çıxış edənlər 6 ildən bəri davam edən və artıq ənənə halını almış aksiyanın əsas qayəsinin ehtiyacı olan uşaqların isti qış geyimləri ilə təmin olunmasına yardımçı olmaq, onların uşaq dünyasına yeni rəng, yeni çalar qatmaq olduğunu iştirakçıların nəzərinə çatdırıblar. Vurğulanıb ki 15 gün davam edəcək aksiyada əldə olunan paltarlar və digər vəsaitlər QAC Sumqayıt şəhər təşkilatında toplanacaq, məqsədyönlü şəkildə və aksiyaya qatılanların bilavasitə iştirakı ilə ehtiyacı olan və aztəminatlı ailələrin uşaqlarına paylanacaq.

"Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və Respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər təşkilatının sədri Mətanət Məhərrəmova çıxış edərək, bu xeyirxah təşəbbüsə qoşulan idarə, müəssisə və təşkilat rəhbərlərinə, həmçinin fərdi sahibkarlara minnətdarlığını ifadə ediblər.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR