Sumqayıtda hava

Elan

Sumqayıtda “Ətraf mühitinin mühafizəsi üçün maarifləndirmə işinin təşkili” layihəsi başlayır - QEYDİYYAT

Sumqayıtda “Ətraf mühitinin mühafizəsi üçün maarifləndirmə işinin təşkili” layihəsi başlayır - QEYDİYYAT

Prezident yanında Gənclər Fondunun 8-ci Qrant Müsabiqəsi çərçivəsində maliyyələşdirilən "Ətraf mühitinin mühafizəsi üçün maarifləndirmə işinin təşkili” adlı layihə icra edilir.

Layihə rəhbəri Təranə Haşımova "Yenisumqayit.az"a bildirib ki, məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltməkdir. Ekoloji mövzularda seminarlar və qrup işləri həyata keçirmək layihənin əsas vəzifələridir.

Ekoloji problemləri və onların həlli yollarını öyrənmək hər birimizin borcu oluğu üçün gənclərin ixtisasları (çalışdıqları müəssisə) ön planda olmayacaq.

Seminarda iştirak etməkdə maraqlı olan hər kəs qeydiyyatdan keçmək üçün teranenuray@gmail.com email ünvanına və ya 0559387971 nömrəsinə ad, soyad, əlaqə nömrəsini göndərə bilərlər.

Yerlər məhduddur.

Təlimin keçiriləcəyi ünvan: Sumqayıt şəhəri 17-ci mkr. Ev 55 Təlim və Resurs Mərkəzi

Tarix: 19/11/2016, 20/11/2016, saat 14:00

 

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR