Sumqayıtda hava

Manşet, Cəmiyyət

İcra Başçısı gənclər və idman sahəsinin nümayəndələrini təltif etdi

İcra Başçısı gənclər və idman sahəsinin nümayəndələrini təltif etdi

İcra Başçısı gənclər və idman sahəsinin nümayəndələrini təltif etdi

İcra Başçısı gənclər və idman sahəsinin nümayəndələrini təltif etdi

Noyabrın 22-də Sumqayıt Dövlət Dram Teatrında şəhər İcra hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Sumqayıta şəhər statusu verilməsinin 67-ci ili və Teatr mövsümünün açılışı ilə bağlı tədbir təşkil edilib. Tədbirdə şəhərin ictimai-siyasi və mədəni həyatında xidmətləri olan bir qrup şəxslər şəhər İcra hakimiyyətinin başçısı cənab Zakir Fərəcov tərəfindən təltif olunublar. Sevindirici haldır ki, təltif olunanlar arasında gənclər və idman sahəsinin nümayəndələri də vardır.

Şəhər Gənclər və İdman Baş İdarəsindən bildirilib ki, sərbəst güləş üzrə Azərbaycan Respublikasının Əməkdar Məşqçisi Rövşən Süleymanov, 2 nömrəli Uşaq Gənclər İdman Məktəbinin tədris hissə müdiri Qasım Ağayev və "Demokratik Gənclər” İctimai Birliyi - Gənclər Təşkilatının sədri Ramil Süleymanov İcra hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif olunublar.

Təltif olunanları təbrik edir, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR