Sumqayıtda hava

Cəmiyyət

"Azərikimya" İB-də Litva Bələdiyyələr İttifaqının nümayəndə heyəti ilə görüş keçirilib

"Azərikimya" İB-də Litva Bələdiyyələr İttifaqının nümayəndə heyəti ilə görüş keçirilib

"Azərikimya" İB-də Litva Bələdiyyələr İttifaqının nümayəndə heyəti ilə görüş keçirilib

"Azərikimya” İstehsalat Birliyində Litva Bələdiyyələr İttifaqının nümayəndə heyəti ilə görüş keçirilib.

Litva Bələdiyyələr İttifaqının prezidenti, Druskininkay şəhərinin meri Ricardas Malinauskasın, Litva Bələdiyyələr İttifaqının vitse prezidenti, Paqeqai əyalətinin meri Virginijus Komskisin, Litva Bələdiyyələr İttifaqının müşaviri, Avropa İttifaqındakı təmsilçisi Lina Sabaitienenin, Akmyane əyalətinin icraçı direktoru Aromeda Laucienenin, Trakay şəhər bələdiyyəsinin deputatı Jelena Jocionienenin daxil olduğu nümayəndə heyəti ilə görüşdə qonaqları səmimi salamlayan Birliyin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Azərbaycan neft-kimya sənayesinin inkişaf mərhələləri, Sumqayıtın kimya sənayesi və ümumiyyətlə, sənaye mərkəzi kimi yenidən qurulması, "Azərikimya”nın istehsalat sahələrində aparılan yenidənqurma və modernizasiya işləri və perspektiv layihələr haqqında ətraflı söhbət açıb, həmçinin Sumqayıt Kimya Sənaye Parkı, Karbamid zavodu və SOCAR-Polymer MMC haqqında da qonaqlara məlumat verib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Litva Bələdiyyələr İttifaqının prezidenti, Druskininkay şəhərinin meri Ricardas Malinauskas ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulayıb, Litva hökumətinin Azərbaycanla dost münasibətlərini daha da inkişaf etdirmək istədiyini, iqtisadiyyata, o cümlədən neft-qaz və kimya sektoruna xüsusi önəm verdiyini qeyd edib, bu əməkdaşlıqların Azərbaycan-Litva münasibətlərinin inkişafına yeni töhfə verəcəyinə əminliyini bildirib.

Heydər Əliyev güşəsini ziyarət edən qonaqlara Ulu öndərin memarı olduğu yeni neft strategiyasının bu gün möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi haqda ətraflı məlumat verib, qonaqları maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin deputatı Kamran Nəbizadə və Sumqayıt şəhər Bələdiyyəsinin sədri Sultan Əsədov da iştirak edib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR