Sumqayıtda hava

Elan

“SOCAR Polymer”də iki vəzifə üzrə VAKANSİYA

“SOCAR Polymer”də iki vəzifə üzrə VAKANSİYA

Hər iki vəzifə üzrə son müraciət tarixi bu il dekabrın 16-dır.

"SOCAR Polymer” MMC iki vəzifə üzrə yeni vakansiya elan edib.

"Report”a şirkətdən verilən məlumata görə, layihə xərclərinin qiymətləndirilməsi üzrə ekspert və elektrotexnik vəzifələri üzrə mütəxəssislər işə dəvət olunurlar.

Layihə xərclərinin qiymətləndirilməsi üzrə ekspert güclü texniki biliklərə, Beynəlxalq Qiymətləndirmə Standartları ilə bağlı tam məlumatlılığa, yerli bazar haqqında məlumata, hesabatlılıq və kompüterdə işləmək bacarığına malik olmalıdır, Azərbaycan və ingilis dillərini sərbəst bilməlidir. Bu vəzifə üzrə müraciət edənlərdən həmçinin müvafiq sahə üzrə ali təhsil, tikinti-quraşdırma, boru kəmərləri və E/I sahəsində qiymətləndirmə eksperti kimi minimum 7 il iş təcrübəsi də tələb olunur. Namizəd xərclər smetasını və EPC podratçının dəyişikliklə bağlı göstərişlərini yoxlamaqla bağlı məsuliyyət daşıyır.

Elektrotexnik güclü texniki biliyə, "MS Office", "AutoCAD"la işləmə bacarığına malik olmalı, Azərbaycan və ingilis dillərini sərbəst bilməlidir. Bu vəzifə üzrə namizədlərdən elektrik mühəndisliyi sahəsində ali təhsil, neft-qaz, neft-kimya layihələridə minimum 5 il mühəndislik təcrübəsinə üstünlük verilir, neft-qaz, neft-kimya layihələridə minimum 2 il istismar və xidmət sahəsində təcrübəyə malik olmalıdır.

Maraqlanana namizədlər mövzu hissəsində vəzifəni qeyd etməklə CV-lərini hr@socarpolymer.az. ünvanına göndərə bilərlər.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR