Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda “Fərdin Şəxsi İnkişafı Akademiyası” davam edir

Sumqayıtda “Fərdin Şəxsi İnkişafı Akademiyası” davam edir

Sumqayıtda “Fərdin Şəxsi İnkişafı Akademiyası” davam edir

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və "City College” tədris mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən Fərdin şəxsi inkişafı Akademiyası çərçivəsində növbəti təlim keçirilib.

Sayca 3-cü olan "Layİhə yazılışı və idarə edilməsi” mövzusunda təlimin məqsədi layihə yazılışı və planlaşdırma mərhələləri, problemin təsviri, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, fəaliyyətlərin idarə olunması, risk və indikatorlardan istifadə, büdcə və icra planı tərtibatı məsələləri istiqamətində gəncləri maarifləndirməkdir.

Səbuhi Məmmədzadə tərəfindən verilən təlimdə gənclər arasında layihə yazılışı üzrə qrup çalışmaları da təşkil edilib. Böyük maraqla dinlənilən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR