Sumqayıtda hava

Manşet, Cəmiyyət

Gənclər Evində QİÇS-lə mübarizə gününə həsr edilmiş tədbir keçirildi

Gənclər Evində QİÇS-lə mübarizə gününə həsr edilmiş tədbir keçirildi

Gənclər Evində QİÇS-lə mübarizə gününə həsr edilmiş tədbir keçirildi

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Sumqayıt Dövlət Universitetinin Tələbə-gənclər təşkilatının birgə təşkilatçılığı ilə 1 dekabr - Qazanılmış İmmun Çatışmazlığı Sindromuna qarşı mübarizə gününə həsr edilmiş tədbir keçirilib. Məqsəd gəncləri sağlamlıqlarının qorunması istiqamətində, İİV/QİÇS barədə maarifləndirimək və pandemiyaya qarşı həmrəylik nümayiş etdirmək olub.

Tədbirdə çıxış edənlər - Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov, SDU TGT-nin sədr müavini Eldar Müzəffərov XX əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük problemlərdən birinin QİÇS olduğunu, narkomaniya, qeyri-sağlam həyat tərzi, antisanitariya, natəmizlik bütün bunların xəstəliyin yaranmasında və yayılmasında mühüm rol oynadığını qeyd ediblər. Ölkəmiz də QİÇS-lə mübarizədə bütün vasitələrdən istifadə edir, təbliğat fəaliyyətini gücləndirir, əhali arasında maarifləndirmə tədbirlərini artırır. Bu məqsədlə beynəlxalq təcrübədən də istifadə edilir, bəlaya qarşı qeyri-hökumət təşkilatlarının, xüsusilə gənclər birliklərinin səylərini birləşdirilir.

Tədbir gənclərin sağlamlıqlarının qorunmasına təşviq edən və maarifləndirici filmin nümayişi ilə davam edib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR