Sumqayıtda hava

Cəmiyyət

Azərbaycanın Türkiyəli Təhminəsi Sumqayıt Dövlət Dram Teatrında - FOTO

Azərbaycanın Türkiyəli Təhminəsi Sumqayıt Dövlət Dram Teatrında - FOTO

Azərbaycanın Türkiyəli Təhminəsi Sumqayıt Dövlət Dram Teatrında - FOTO

Sumqayıtda bir-birinin ardınca maraqlı, çeşidli, şəhər sakinlərinin, ictimaiyyətin diqqətini çəkən mədəniyyət tədbirlərinin keçirilməsi mütamadi hal alıb.

Sumqayıt Dövlət Dram Teatrında Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin, şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun da qatıldığı 48-ci teatr mövsümünün açılışı əsil bayram əhval-ruhiyyəsi yaşadıb. 26 noyabrda gerçəkləşən tədbirdə isə sumqayıtlılar Azərbaycanın Türkiyəli Təhminəsini görüblər. Teatrın mətbuat katibi Leyla Hafizqızı "Yenisumqayit.az"a bildirib ki, Türkiyənin tanınmış kino aktyoru, mərhum Rasim Ocaqovun Anarın ssenarisi əsasında çəkdiyi Təhminə filminin baş rolunu canlandıran Meral Konrat və digər aktyorlarla Sumqayıt Dövlət Dram Teatrında maraqlı görüş keçirilib. Tamaşaçıların qarşısında çıxış edən tanınmış aktrisa Sumqayıta gəlişindən məmnunluğunu bildirib, Sumqayıt Teatrının kollektivinə yaradıcılıq uğurları arzulayıb.

Teatrın direktoru İslam Həsənov qonaqları salamlayaraq belə layihələrin incəsənətin inkişafına verdiyi töhfədən, yaradıcılıq mübadiləsi üçün önəm kəsb etdiyindən danışıb. 60 ildən bəri ilk dəfə əsaslı təmirdən çıxmış Sumqayıt Dövlət Dram Teatrının konfrans zalına, məşq və qrim otaqlarına baş çəkən qonaqlar bu görüşün onlara da unudulmaz anlar bəxş etdiyini söyləyiblər, yaradıcı heyətlə, şəhərin mədəniyyət işçiləri ilə xatirə şəkilləri çəkdiriblər.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR