Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt sakinlərinin daha bir problemi həll edilir - FOTO

Sumqayıt sakinlərinin daha bir problemi həll edilir - FOTO

Sumqayıt sakinlərinin daha bir problemi həll edilir - FOTO

Azərsu ASC Sumqayıt şəhərində istehlakçılara göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər həyata keçilir. Bu sahədə çoxmənzilli yaşayış binalarının zirzəmilərində mövcud su və kanalizasiya sistemlərinin istismar vəziyyətinin yaxşılaşdırılması xüsusi əhəmiyyət kəsb edir.

Qurumun bilgisinə görə, ilin ötən dövrü ərzində Sumqayıt şəhərində 304 binanın alt paylayıcı su və kanalizasiya xətlərində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Bu məqsədlə zirzəmilərdən keçən su və kanalizasiya xətti dəyişdirilib. Görülmüş işlər nəticəsində zirzəmilərə su axıntılarının qarşısı tam alınıb, su itkiləri minimuma enib. Bu tədbirlər zirzəmilərin sanitar vəziyyətinin yaxşılaşmasına səbəb olub.

Hazırda 16 binanın zirzəmisində su axıntılarının aradan qaldırılması məqsədilə tədbirlər davam etdirilir. Digər 15 binanın zirzəmisində toplanmış sular qrunt mənşəlidir, binanın su və kanalizasiya sistemlərinin vəziyyəti heç bir bağlılığı yoxdur.

Ümumilikdə 2015-ci ilin sentyabr ayından indiyədək 350 binanın zirzəmisindəki sistemlər təmir olunub və qurutma işləri aparılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR