Sumqayıtda hava

Cəmiyyət

SDU-da şair Baba Vəziroğlunun yaradıcılıq gecəsi

SDU-da şair Baba Vəziroğlunun yaradıcılıq gecəsi

SDU-da şair Baba Vəziroğlunun yaradıcılıq gecəsi

Noyabrın 25-də Sumqayıt Dövlət Universitetində tanınmış şair, nasir, tərcüməçi, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Humay” mükafatı laureatı, Əməkdar İncəsənət xadimi Baba Vəziroğlunun yaradıcılıq gecəsi keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru professor Elxan Hüseynov belə görüşlərin keçirilməsinin vacib olduğunu bildirərək qeyd edib ki, belə görüşlər ədəbi mühitin inkişafına, gənclərin şeirə, bədii ədəbiyyata marağının artırılmasına, mütaliə mədəniyyətinin yüksəlməsinə, dünyagörüşlərinin əhatəli olmasına və yazıçılarla oxucuların ünsiyyətinin daha da sıxlaşmasına xidmət edir. Rektor onu da qeyd edib ki, Baba Vəziroğlu özünəməxsus yaradıcılıq üslubuna, dəst-xəttə malik bir qələm sahibidir. Oxucular onun əsərlərini həvəslə, maraqla oxuyurlar. Onun poeziyasında vətənə, xalqa, torpağa bağlılıq, sevgi-məhəbbət, saf, təmiz hisslər üstünlük təşkil edir. O, xüsusilə mahnı yaradıcılığı sahəsində səmərəli fəaliyyət göstərir.

Bədii gecədə şairin sənət dostu, xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinov, Respublikanın Əməkdər İncəsənət Xadimi Şeyx Əbdül Mahmudbəyov, söz ustadı Namiq Məna iştirak edərək şair haqqında ürək sözlərini bölüşüb, onun yaradıcılığına uğurlar arzulayılbar.

Şairin həyatından bəhs edən videoçarx nümayiş etdirilib. Baba Vəziroğlunun şeirlərinə bəstələnmiş mahnıların Faiq Sücəddinov tərəfindən ifası görüş iştirakçılarının marağına səbəb olub. Tələbələr B.Vəziroğlunun şeirlərini səsləndirib, onun sözlərinə yazılmış mahnıları oxuyublar.

Sonda şair oxucuların suallarını cavablandırıb, xatirə şəkli çəkdirilib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR