Sumqayıtda hava

Manşet, Cəmiyyət

İcra Hakimiyyətinin Başçısı əsaslı təmir edilən 1 saylı Doğum Evində

İcra Hakimiyyətinin Başçısı əsaslı təmir edilən 1 saylı Doğum Evində

Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov 1 saylı Doğum Evinində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Şəhər rəhbərinə məlumat verilib ki, 75 çarpayılıq 1 saylı Doğum Evi ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunub. Doğum Evində ümumi havalandırma, mərkəzləşdirilmiş oksigen qazı sistemi yaradılıb ki, bunun köməyi ilə istənilən anda hər bir otağı intensiv terapiya palatasına çevirmək mümkündür. Doğum evində cərrahiyyə, anesteziologiya və reanimasiya şöbələri da fəaliyyət göstərir. Cərrahiyyə otaqları yüksək keyfiyyətli avadanlıqla, elektron idarə olunan stollarla, narkoz aparatları ilə təchiz olunub. Reanimasiya şöbəsində xaricdə istehsal olunan yüksək səviyyəli süni tənəffüs aparatları və xəstəyə təcili yardım göstərmək üçün digər cihazlar da var. Tibb ocağında yeni doğulmuşların reanimasiya şöbəsi, intensiv terapiya palatası da yaradılıb. Az çəkili, kritik və yarımçıq doğulmuş uşaqlara səhiyyə ocağında qulluq göstərmək üçün bu ilin yanvar ayından hər bir şərait yaradılıb.

Bildirilib ki, doğum evinin mama-ginekoloji şöbəsində doğuş zalı, cərrahiyyə otağı və neonatoloji bölmə yerləşir. Neonatoloji bölmə də ən son texnoloji cihazlarla təchiz edilib.Qəbul şöbəsində gözləmə zalı da yaradılıb, yumşaq oturacalar qoyulub.

Doğum Evindəki laboratoriyalar ən son texnoloji avadanlıqlarla təchiz olunub. Səhiyyə ocağında həm tibbi heyət, həm də xəstələr üçün yeməkxana otağı da var. Yanğından mühafizə sistemi, təhlükəsizlik kameraları da quraşdırılıb. Tibb ocağıının həyəti abadlaşdırılıb, asfalt vurulub, yaşıllıq salınıb, xəstələrin istirahəti üçün zəruri şərait yaradılıb.

1 saylı Doğum Evinə baxış keçirildikdən sonra şəhərdə fəaliyyət göstərən səhiyyə müəssisələrinin baş həkimləri ilə görüşən Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov onlara tapşırıq və tövsiyələrini verib.

"Yenisumqayit.az"

İcra Hakimiyyətinin Başçısı əsaslı təmir edilən 1 saylı Doğum Evində

İcra Hakimiyyətinin Başçısı əsaslı təmir edilən 1 saylı Doğum Evində

İcra Hakimiyyətinin Başçısı əsaslı təmir edilən 1 saylı Doğum Evində

İcra Hakimiyyətinin Başçısı əsaslı təmir edilən 1 saylı Doğum Evində

İcra Hakimiyyətinin Başçısı əsaslı təmir edilən 1 saylı Doğum Evində

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR