Sumqayıtda hava

İqtisadiyyat

Bakı-Sumqayıta sürətli dəmir yolu xətti yaradılacaq

Bakı-Sumqayıta sürətli dəmir yolu xətti yaradılacaq


Azərbaycan Nəqliyyat Nazirliyi və Asiya İnkişaf Bankı Bakı və Sumqayıt arasında sürətli dəmir yolu xəttinin yaradılması layihəsi üzərində işləyirlər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov qeyd edib ki, layihəyə əsasən Bakı və Sumqayıt şəhərlərini birləşdirən dəmir yolunun yenidən qurulması planlaşdırılır:
“AİB-in mütəxəssisləri artıq mövcud infrastrukturla tanış olublar. Layihə 50 km-ə yaxın dəmir yolu örtüyünün yenidən qurulmasını, enerji və siqnal təchizatı sistemlərinin yenilənməsini və modernləşdirilməsini nəzərdə tutur. Habelə, 10 sərnişin vaqonunun alınması planlaşdırılır”.

O vurğulayıb ki, layihənin reallaşdırılması müddəti, işlərin həcmi və onun dəyəri haqqında qiymətləndirmə və araşdırma işləri başa çatdıqdan və AİB-in müvafiq qərar qəbul etməsindən sonra danışmaq mümkün olacaq.


(AzərTAc)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR