Sumqayıtda hava

Cəmiyyət

Yeniyetmələr arasında şahmat üzrə şəhər birinciliyi keçirilib

Yeniyetmələr arasında şahmat üzrə şəhər birinciliyi keçirilib

Sumqayıtda şahmat üzrə şəhər birinciliyinin qalibləri müəyyənləşib.

3 nömrəli Uşaq Gənclər İdman Şahmat Dama Məktəbində 8, 10, 12, 14, 16 yaşadək oğlan və qızlar arasında şəhər birinciliyi keçirilib. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Rəhim İbrahimxəlilli (8 yaş, 8.5 xal), Şamil Məmmədov (10 yaş, 8.5 xal), Abusəddin Mollayev (12 yaş, 6.5 xal), Rahim Əliyev (14 yaş, 8 xal), Fərid Kərimov (16 yaş, 6.5 xal) oğlanlar arasında, Suğra Allahverdili (8 yaş, 7 xal), Aytac Kərimli (10 yaş, 8.5 xal), Gülüzar Hüseynova (12 yaş, 7 xal), Şəhla Əzizova (14 yaş, 7 xal) isə qızlar arasında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. I - III yerləri tutmuş idmançılar 2017-ci ilin yanvar ayında keçiriləcək Azərbaycan birinciliyinin seçmə yarışlarında iştirak etmək hüququ əldə ediblər.

Birinciliyin qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif olunub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR