Sumqayıtda hava

Cəmiyyət

Qafqaz Universitetinin tələbələri beynəlxalq müsabiqədə uğur qazanıblar

Qafqaz Universitetinin tələbələri beynəlxalq müsabiqədə uğur qazanıblar

Qafqaz Universitetinin tələbələri beynəlxalq müsabiqədə uğur qazanıblar

Qafqaz Universitetinin tələbələri beynəlxalq müsabiqədə uğur qazanıblar

Qafqaz Universitetinin tələbələri "41-ci ACM ICPC NEERC” Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfinal mərhələsi və Cənubi Qafqaz Açıq Çempionatında müvəffəqiyyət qazanıb.

 

ACM ICPC – Tələbələrin Beynəlxalq Proqramlaşdırma müsabiqəsi 41 ildir keçirilir. Müsabiqənin sponsoru IBM şirkətidir. Müsabiqə 3 mərhələdə aparılır: Dörddəbir mərhələsi ölkə daxilində kecirilir. Yarımfinal dünya üzrə təyin olunmuş regionlarda kecirilir. Final mərhələsi konkret bir ölkədə keçirilir. Final mərhələsi 20-25 may 2017-ci ildə ABŞ-da keçiriləcək.

Keçən ilki statistikaya görə ACM ICPC müsabiqəsində 102 ölkədən 2736 universitetin 40266 tələbəsi iştirak edib. 128 komanda finala vəsiqə qazanıb. Finalda 12 komanda mükafatlandırılıb.

Azərbaycan komandaları bu müsabiqədə 12 ildir iştirak edir.

Bu il "41-ci ACM ICPC Tələbələrin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsi (komanda) və Cənubi Qafqaz Açıq Çempionatı (komanda və fərdi) 3-7 dekabr 2016-cı il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçirilib.

Müsabiqədə Azərbaycan Respublikası 6 ali təhsil müəssisəsindən 12 komanda: Qafqaz Universiteti – 4, ADA Universiteti – 3, Bakı Dövlət Universiteti – 2, Azərbaycan Texniki Universiteti – 1, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 1, Azərbaycan Universiteti - 1 komanda ilə təmsil olunub.

Qafqaz Universiteti komandalarına universitetin Kompüter və İT kafedrasının baş müəllimi Etibar Seyidzadə rəhbərlik edib. 4 dekabr 2016-cı il tarixində ACM ICPC NEERC yarımfinal mərhələsi və Cənubi Qafqaz Açıq Çempionatı keçirilib. Komanda müsabiqəsində NEERC regionu üzrə Rusiya Federsiyası, Belarus Respublikası, Azərbaycan Respublikası, Gürcüstan Respublikası, Ermənistan Respublikası, Latviya Respublikası, Litva Respublikası, Estoniya Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Özbəkistan Respublikasının ali təhsil müəssisələrindən 228 komanda iştirak edib. Müsabiqədə komandalara 5 saat ərsində 13 alqoritmik məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmə tapşırığı verilib. Komanda müsabiqəsində Qafqaz U 1 komandası - ACM ICPC 2016-2017 Azərbaycan Çempionu sertifikatına, ACM ICPC NEERC III dərəcəli diploma və Cənubi Qafqaz Açıq Çempionatı II dərəcəli diploma, Qafqaz U 2 komandası - ACM ICPC 2016-2017 NEERC III dərəcəli diploma, Cənubi Qafqaz Açıq Çempionatı III dərəcəli diploma, Qafqaz U 4 komandası - Cənubi Qafqaz Açıq Çempionatı Yüksək nailiyyət sertifikatina, Qafqaz U 3 komandası - ACM ICPC 2016-2017 NEERC fərqlənmə sertifikatına layiq görülüblər.

5 dekabr 2016-cı il tarixində Cənubi Qafqaz Açıq Çempionatının fərdi müsabiqəsi keçirilib. Fərdi müsabiqədə 69 tələbə iştirak edib. Müsabiqə iştirakçılarına 4 saat ərzində 9 alqoritmik məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmə tapşırığı verilib. Fərdi müsabiqədə Qafqaz Universitetinin tələbələri Mahmud Allahverdiyev və Rəşad Məmmədov II dərəcəli diploma, Rəsul Kərimov, Məmməd Hacılı III dərəcəli diploma, Ceyhun Yaqublu, Samir Süleymanlı, Müzəffər Məmmədli, Sultan Murtuzaliev, Viktor Klyestov Yüksək nailiyyət sertifikatına layiq görülüblər.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR