Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda “Narkotiksiz Gənclik – Sağlam Həyat” devizi altında görüş

Sumqayıtda “Narkotiksiz Gənclik – Sağlam Həyat” devizi altında görüş

Sumqayıtda “Narkotiksiz Gənclik – Sağlam Həyat” devizi altında görüş

Sumqayıtda “Narkotiksiz Gənclik – Sağlam Həyat” devizi altında görüş

Sumqayıtda “Narkotiksiz Gənclik – Sağlam Həyat” devizi altında görüş

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə "Narkotiksiz Gənclik - Sağlam Həyat” devizi altında narkomaniyaya qarşı mübarizə istiqmətində növbəti maarifləndirici xarakterli görüş təşkil edilib. Baş İdarədən "Yenisumqayit.az"a bildirilib ki, tədbirdə Sumqayıt Dövlət Universiteti, Sumqayıt Texniki Kolleci, Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci, Sumqayıt Musiqi Texnikumunun tələbə-gəncləri, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Bölməsinin könüllüləri iştirak ediblər.Dekabrın 16-da Gənclər Evində keçirilən tədbirdə iştirakçılar ilk öncə Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin yeniyetmə-gənclərinin mövzuya aid əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olub. Müsabiqə xarakterli təşkil olunan sərgidə I, II, II yerlər olmaqla qaliblərə Baş İdarənin fəxri fərman və hədiyyələri təqdim edilib.

Akt zalında davam edən tədbirdə iştirakçılar Baş İdarənin təqdim etdiyi "Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı narkomaniyanın ağır fəsadlarını özündə əks etdirən filmi izləyiblər.

Tədbirdə çıxış edən Sumqayıt Rayonlararası Narkoloji Dispanserin həkimi Vüsal Cabbarov, Polis İdarəsinin əməkdaşı Bəbir Alxanov, Gənclər və İdman Baş İdarəsinin Bədən Tərbiyəsi və İdman sektorunun müdiri Vahid Abdullayev çıxışlarında Azərbaycanda narkotizm və narkobizneslə mübarizənin əsasının Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunu ilə qoyulduğunu və aparılan uğurlu siyasətin nəticəsi olaraq son illər respublikamızda narkotik vasitələrə və bihuşedici maddələrə qarşı mübarizənin gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, QHT-lər, ictimai təşkilatların da fəallığının artırıldığını qeyd ediblər.

Sumqayıt şəhərində narkomaniya əleyhinə keçirilən tədbirlər, yeniyetmə və gənclərlə narkomanların taleyi, narkomaniyanın fəsadları və nəticələri, ondan qorunmağın yolları, bu dəhşətli bəla ilə mübarizə, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, asudə vaxtının səmərəli təşkili və onlarda sağlam həyat tərzinin formalaşdırılması istiqamətində görülən işlər barədə məlumatlar verilib.

Mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb, Baş İdarənin hazırladığı bukletlər iştirakçılara paylanılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

KATEQORIYALAR