Sumqayıtda hava

Manşet, İqtisadiyyat

Sumqayıtda dəyəri 1,2 mlrd. avro olan zavod tikiləcək

Sumqayıtda dəyəri 1,2 mlrd. avro olan zavod tikiləcək

Bakıda "Metallurgiya sənayesinin inkişafı: Yeni çağırışlar və hədəflər" mövzusunda tədbir keçirilib.

"APA-Economics"in xəbərinə görə, tədbirdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, son zamanlar Azərbaycanda qeyri-neft sənayesində artım qeydə alınıb:

"Yaradılan yeni sənaye parkları ölkədə qeyri-neft sənayesinin daha da böyüməsinə səbəb olacaq. Azərbaycanda metallurgiya sənayesi ənənəvi bir sahədir. Bu gün Azərbaycanda Polad boru zavodunun istehsal etdiyi məhsullarının 85%-i xarici ölkələrə ixrac olunur. Daşkəsən Filiz İstehsalı zavodunun özəlləşdirilməsi istiqamətində də xeyli işlər aparılır və zavodun özəlləşdirilməsinə yaxın vaxtlarda nail olunacaq”.

Nazir bildirib ki, bu gün İtaliyanın "Daniele" şirkəti ilə "Baku Steel Company" arasında ölkədə dəyəri 1,225 mlrd. avro olan kompleksinin inşasına dair saziş imzalanacaq. "Kompleks dəmir konsentratı, hazır dəmir istehsalını nəzərdə tutan 5 zavodu əhatə edəcək. Kompleks növbəti 3 il ərzində inşa olunaraq istifadəyə veriləcək", - deyə Ş. Mustafayev bildirib.

Ş.Mustafayev qeyd edib ki, bu zavodun fəaliyyətə başlaması ölkədən valyuta ixracının qarşısını alacaq və valyuta daxil olacaq:

"Tikinti dövründə 4 min nəfər işlə təmin olunacaq və tikintidən sonra 1200 yeni iş yerinin yaradılmasına imkan verəcək. Bu ixracdan asılılığının və ixracın genişləndirilməsi baxımından Azərbaycan hökuməti bu layihəyə dəstək verəcək. Bu layihə Azərbaycan iqtisadiyyatına ciddi töhfə verəcək".

"Daniele" şirkətinin rəhbəri Canpietro Venedetti bildirib ki, bu layihənin layihələndirilməsi icrasına 6 ay ərzində başa gəlib:

"Kompleks tamamilə rəqəmsal bir istehsal olacaq. Məhsullar öz keyfiyyəti ilə seçiləcək və beynəlxalq standartlara cavab verəcək". O qeyd edib ki, bu kompleksin inşası yekunlaşdırıldıqdan sonra ölkə illik 500 mln. dollara qənaət edəcək:

"Bu kompleksdə 6 min insan kənardan əlavə olaraq özünə iş tapacaq. Bu özəl bir layihədir və xam maldan hazır məhsula qədər əhatə edəcək".

"Baku Steel Company" şirkətinin baş direktoru Ramin Kərimov çıxış edərək bildirib ki, hazırda Azərbaycanda fəaliyyət göstərən bir sıra zavodlar xammalını xarici valyuta ilə xarici bazarlardan alır:

"Ancaq bu kompleksin inşasından sonra həmin zavodlar xammala olan tələbatını yerli valyuta ilə yerinə yetirəcək".

Sonda Sumqayıt şəhərində yeni metallurgiya kompleksinin inşasına dair saziş imzalanıb. Sazişi "Baku Steel Company" şirkətinin Müşahidə Şurasının sədri Rasim Məmmədov və "Daniele" şirkətinin rəhbəri Canpietro Venedetti imzalayıblar.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR