Sumqayıtda hava

Manşet, İqtisadiyyat

Sumqayıtda 2 yerdə BAYRAM YARMARKASI olacaq

Sumqayıtda 2 yerdə BAYRAM YARMARKASI olacaq

Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar 24-31 dekabr tarixlərində Bakı və Sumqayıt şəhərlərində fasiləsiz olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulur.

Nazirliyin Mətbuat Xidmətinin məlumatına görə, yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunur:

Sumqayıt şəhəri üzrə:

- 12-ci mikrorayon

- Köhnə avtovağzalın yanı

Bakı şəhəri üzrə:

Xətai rayonu:

- Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı

Nərimanov rayonu:

- Keşlə bazarının ərazisi;

Səbail rayonu:

-Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası

Suraxanı rayonu:

- Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı

Binəqədi rayonu:

- Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.

Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaqdır.

"Yenisumqayit.az"





Цитата
  • Группа: Qonaq
  • ICQ:
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Cause I was open before I was open before but
-----

tickets for luke bryan 2017
Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

KATEQORIYALAR