Sumqayıtda hava

Cəmiyyət

Bədii gimnastika üzrə “Sumqayıt Möcüzəsi“ açıq şəhər birinciliyinə yekun vuruldu

Bədii gimnastika üzrə “Sumqayıt Möcüzəsi“ açıq şəhər birinciliyinə yekun vuruldu

Bədii gimnastika üzrə “Sumqayıt Möcüzəsi“ açıq şəhər birinciliyinə yekun vuruldu

Azərbaycan Gimnastika Federasiyası, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Sumqayıt Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə dekabrın 21-də Olimpiya İdman Kompleksində "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü”nə həsr edilmiş bədii gimnastika üzrə "Sumqayıt Möcüzəsi" açıq şəhər birinciliyi keçirilib.

Yarışın açılış mərasimində çıxış edən Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov və Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru, Prezidentin fərdi təqaüdçüsü, Əməkdar Bədən tərbiyəsi və idman xadimi Məmməd Eyvazov Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kütləvi bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirdiyini, bu sahənin Dövlət siyasətinin prioritetlərindən birinə çevrildiyini və yüksəlişinin əsası qoyularaq Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi Beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulmasının geniş vüsət almasını qeyd etdilər.

Natiqlər Prezident İlham Əliyevin apardığı məqsədyönlü işlərin, uğurlu idman siyasətinin nəticəsində Azərbaycanın bütün bölgələrində möhtəşəm İdman Sarayları və Olimpiya Komplekslərinin tikildiyini, ölkəmizin hərtərəfli və dinamik inkişafı, ictimai-siyasi sabitlik, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübə, müasir idman infrastrukturunun yaradılması, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan bəhs etdilər.

Gimnastikanın Azərbaycanda sevimli idaman növlərindən birinə çevrildiyini qeyd edən natiqlər ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra bu növün daha da inkişaf etdiyini bildirərək iştirakçılara uğurlar arzuladılar.

Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. Tədbirin bədii hissəsində İlyas Kərimovun rəhbərliyi altında Sumqayıtın gənc rəqs qrupu nümunəvi çıxışlarını nümayiş etdirdilər.

"Sumqayıt Möcüzəsi" açıq şəhər birinciliyində Sumqayıt idmançıları ilə yanaşı Bakı, Şirvan, Qusar, Abşeron, Zirə, İsmayıllı, Göyçay, Kürdəmir də daxil olmaqla 11 komandasının 83 idmançısı qalib adı uğrunda mübarizə aparıb. Gimnastika Federasiyası tərəfindən təyin edilmiş hakimlər heyyətinin idarə etdiyi yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı, medal, kubok və hədiyələri ilə mükafatlandırılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR