Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt Gənclər Evində bayram tədbiri keçirildi - FOTOLAR

Sumqayıt Gənclər Evində bayram tədbiri keçirildi - FOTOLAR

Sumqayıt Gənclər Evində bayram tədbiri keçirildi - FOTOLAR

Sumqayıt Gənclər Evində bayram tədbiri keçirildi - FOTOLAR

Sumqayıt Gənclər Evində bayram tədbiri keçirildi - FOTOLAR

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi dekabrın 25-də Gənclər Evində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə bədii-əyləncəli bayram tədbir təşkil edib.

Tədbirdə Gənclər Evi və şəhərin müxtəlif sahələrində könüllü olaraq çalışan gənclər, hökumət və qeyri-hökumət gənclər təşkilatları, ictimai birliklərin nümayəndələri iştirak ediblər. İlk öncə iştirakçılara Baş İdarənin cari il ərzində həyata keçirdiyi tədbirlərdən ibarət foto-slayd təqdim edilib.

Bayram tədbirində çıxış edən Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov ötən il ərzində Respublikamızda olduğu kimi Sumqayıtda da şəhər rəhbərliyinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq gənclərlə iş sahəsində həyata keçirilmiş tədbirlərdən, əldə edilmiş nəailiyyətlərdən danışıb, bu uğurların ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində əldə olunduğunu xüsusilə vurğulayıb, iştirakçıları Həmrəylik Günü və Yeni İl Bayramı münasibətilə təbrik edib.

Tədbirin bədii hissəsində müxtəlif əyləncəli intelektual oyunlar keçirilib, yeniyetmə və gənclərin ifasında maraqlı musiqi və rəqs nümunələri nümayiş etdirilib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR