Sumqayıtda hava

Elan

Sumqayıtda VAKANSİYA - "Mühəndis-kimyaçı"

Sumqayıtda VAKANSİYA - "Mühəndis-kimyaçı"


Vakansiyanın adı Mühəndis-kimyaçı
Vakansiyanın elan tarixi 26.12.2016
Son müraciət tarixi 05.01.2017
Müəssisənin adı Karbamid Zavodu
Ödəniş növü Vəzifə maaş
Əməyin ödənilmə dərəcəsi 15
Vəzifə maaşının məbləği 1378AZN
Əlavə ödənişlər Yoxdur
İş yerinin ünvanı Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi,86
İş vaxtının norması NORM40/5
Əmək şəraiti Normal
Təhsil İstiqaməti Sahə üzrə  
Tələb olunan minimum təhsil səviyyəsi Bakalavr
Tələb olunan əmək fəaliyyəti Sahə üzrə - 5 ildən yuxarı; 
Tələb olunan kompüter bilik səviyyəsi Word - yaxşı; Excell - yaxşı; MS Power Point - yaxşı; MS Outlook - yaxşı;
Tələb olunan xarici dil bilik səviyyəsi İngilis - yaxşı;
Vakansiya tələbinə uyğun təlimlər
Vəzifə(peşə) funksiyaları •Layihənin icrası və zavodun istismarı zamanı xammal, hazır məhsul, katalizator və ya kimyəvi maddələrin keyfiyyəti, tutumu, zəmanəti, optimizasiya, saxlama şəraiti və digər texniki məsələləri həll etmək;
•Layihənin icrası zamanı Əsaslı Layihələndirmə mərhələsində kimyəvi maddə və katalizatorlarla bağlı məsələləri araşdırmaq və həll etmək, layihələndirməni təşkil edən hər bir mərhələnin müqaviləyə əsasən yerinə yetirilməsinə nəzarət etmək; 
•Tikinti, istismar sınağı, işə buraxma və fəaliyyətin təminatı sınağı zamanı sahədə müvafiq texniki yardım göstərmək və dəstək vermək;
•Zavodun əməliyyat və istismar dövründə kimyəvi maddələrin və katalizatorların nəzarətilə bağlı təhlükəsizliyin analizi və risklərin qiymətləndirilməsi bağlı keçirilən iclasında iştirak etmək, lazımi dəyişiklikləri planlaşdırmaq və icrasını təmin etmək;
•İstehsalata və məhsulun keyfiyyətinə laboratoriya nəzarətinin iqtisadi cəhətdən daha səmərəli metodlarının axtarıb tapılması üzrə eksperimental və tədqiqat işlərini yerinə yetirmək;
•Aparılan analiz, təcrübə və tədqiqatlar üzrə lazımi hesabatların aparılmasını yerinə yetirmək, alınan nəticələri təhlil etmək və onları sistemləşdirmək;
•Xammal, kimyəvi maddələr, katalizator və yarımfabrikatların istehsalatda mənimsənilmə dövründə texnoloji proses və tədqiqatların, onlar üçün işlənən standartların və texniki şərtlərin işlənməsində və tətbiqində, həmçinin onların sərfi üçün mütərəqqi normaların təyin olunmasında iştirak etmək;
•Laboratoriya analizləri, sınaq və tədqiqatların mövcud metodlarını təkmilləşdirmək və yenilərini işləmək, onların mənimsənilməsinə köməklik göstərmək;
•Zay məhsul istehsalının səbəblərini tədqiq etmək və onların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlərin işlənib hazırlanmasında iştirak etmək;
•Xammalın kompleks istifadəsi, defisit materialların digər materiallarla əvəz edilməsi üzrə tədbirlər hazırlamaq, istehsalat tullantılarından istifadə üsullarını araşdırmaq;
•Laboratoriya avadanlıqlarının düzgün istismarına və onların müntəzəm surətdə dövlət nəzarətinə təqdim olunmasına nəzarət etmək.
•Aparılmış kimyəvi işlərin nəticələrini müəyyən olunmuş qaydalara müvafiq olaraq rəsmiləşdirmək.

Bilməlidir •Laboratoriya avadanlıqları və onların istismar qaydalarını
• Laboratoriyada analizlərin aparılması metodları və istehsalın laboratoriya nəzarətinin təşkil edilməsi üsullarını
•İstehsalatda istifadə olunan müxtəlif kimyəvi maddə və katalizatorlarla işləmə qaydalarını
•Kimyəvi maddələrin istifadə qaydalarını və tullantıların idarə olunması ilə bağlı normativ tələbləri
•Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, ilk tibbi yardım və yanğından mühafizənin qayda və normalarını.
Tələb olunan digər bilik və bacarıqlar •Dəyişkən mühitdə səmərəli işləmək bacarığı
•Şəxslərarası, təşkilati və ünsiyyət bacarıqları
•Səmərəli əməkdaşlıqların yaradılması bacarığı
•Dəyişkən və müxtəlif xarakterli mühitə tez uyğunlaşma bacarığı olan namizədlərə üstünlük verilir.
Son müraciət tarixi 05.01.2017
Online müraciət: https://careers.socar.az/ApplyVac?Vid=11256





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR