Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda “Müasirlikdə peyzaj təsvirləri” layihəsinin təqdimatı keçirildi

Sumqayıtda “Müasirlikdə peyzaj təsvirləri” layihəsinin təqdimatı keçirildi

Sumqayıtda “Müasirlikdə peyzaj təsvirləri” layihəsinin təqdimatı keçirildi

Sumqayıtda “Müasirlikdə peyzaj təsvirləri” layihəsinin təqdimatı keçirildi

Bu gün Prezident yanında Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatı dəstəyi ilə həyata keçiriləcək "Müasirlikdə Peyzaj təsvirləri” layihəsinin təqdimatı keçirilib.

Bu barədə "Yenisumqayit.az"a layihə rəhbəri İlahə Əlizadə məlumat verib. O, tədbirdə çıxış edərək Gənclər Fondu tərəfindən bu cür layihələrin dəstəklənməsinin ölkəmizdə istedadlı və yaradıcı gənclərə olan diqqət və qayğının nəticəsi olduğunu bildirib və layihənin gedişatı haqqında ətraflı məlumat verib. Tərəfdaş təşkilatların nümayəndələrinin də iştirak etdiyi təqdimatda qeyd olunub ki, Azərbaycan incəsənətini, milli mənəvi dəyərlərimizi, nəsildən nəsilə gətirib çıxarılan xəzinəmizi qorumaq, inkişaf etdirmək hər bir gəncimizin mənəvi borcudur. Məhz nadir sənət növlərimizdən olan peyzaj sənətinin də yeniyetmə və gənclər tərəfindən mənimsənilməsi, bu sənət növünün tədqiqi, öyrənilməsi, təbliği vacib məsələdir. Layihə çərçivəsində yeniyetmə və gənclərin əl işlərindən ibarət "Müasirlikdə peyzaj təsvirləri” mövzusunda rəsm sərgisi təşkil olunacaq.

Sonda layihə çərçivəsində görüləcək işlər, icra planı və istiqamətləri, risklər və layihə icrasından gözlənilən nəticələr ətrafında fikir mübadiləsi aparılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR