Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları təltif olundular

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları təltif olundular

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları təltif olundular

2016-cı il ərzində Sumqayıt şəhərinin ictimai-siyasi və mədəni həyatında xidmətləri olan bir qrup şəxslər İcra hakimiyyətinin başçısı cənab Zakir Fərəcov tərəfindən təltif ediliblər. Sevindirici haldır ki, təltif olunanlar arasında idman sahəsinin nümayəndələri də vardır.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsindən "Yenisumqayit.az"a verilən bilgiyə görə, İdarənin bədən tərbiyəsi və idman sektorunun müdiri Vahid Abdullayev və Baş İdarənin nəzdində fəaliyyət göstərən "Alüminiumçu” İdman Evinin direktoru Səxavət Nərimanov İcra hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif olunublar.

Təltif olunanları təbrik edir, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR