Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda “XXI əsrin peşələri” mövzusunda təlim keçirildi

Sumqayıtda “XXI əsrin peşələri” mövzusunda təlim keçirildi

Sumqayıtda “XXI əsrin peşələri” mövzusunda təlim keçirildi

Sumqayıtda “XXI əsrin peşələri” mövzusunda təlim keçirildi

Yanvarın 14-də Sumqayıt şəhərində Prezident yanında Gənclər Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə "Sumqayıt Tələbələri” İctimai Birliyi tərəfindən "USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsi çərçivəsində "XXI əsrin peşələri ” mövzusunda növbəti təlim keçirilib. Bu barədə "Yenisumqayit.az"a şəhər Gənclər və İdman Baş İdarəsindən bildirilib.

Tədbirdə "Sumqayıt tələbələri” İB-nin sədr müavini Rüfət Mahmudzadə, Gənclər Fondunun əməkdaşı Jalə Məmmədova, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə İş sektorunun müdiri Ceyhun Məmmədov çıxış edərək təlim iştirakçılarına gənclərlə iş sahəsində yeniliklərdən və prespektivlərdən, eyni zamanda Gənclər Fondunun fəaliyyəti barədə məlumatlar veriblər.

Müasir peşələr və internet texnologiyaları üzrə mütəxəssis Ayaz Abuşov tərəfindən aparılan təlim zamanı iştirakçıların maraqlarına uyğun olaraq interaktiv oyunlardan, qrup işlərindən və təcrübə metodikasından istifadə olunub.

Qeyd edək ki, layihə çərçivəsində növbəti təlimlər "İT Mühəndislik”, "Dəbli Biznes”- Modelyer-dizayner peşələri istiqamətində təşkil olunacaq.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR