Sumqayıtda hava

Cəmiyyət

“Azərikimya”da növbəti ictimai dinləmə keçirildi

“Azərikimya”da növbəti ictimai dinləmə keçirildi

Bu gün "Azərikimya” İB-də Birliyin Etilen-polietilen zavodunun "EP-300” qurğusunun modernizasiyası və istismarı layihəsi üzrə ətraf mühitə təsirlərin qiymətləndirilməsı (ƏMTQ) sənədinin ictimai dinləməsi keçirilib.

SOCAR-ın bir sıra idarə və müəssisələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı Ali Neft Məktəbinin, ADNSU-nun, SDU-nun, Polimer Materialları İnstitutunun, STP-nin, Sumqayıt şəhərində yerləşən bir sıra idarə və müəssisə, Sumqayıt şəhər Bələdiyyəsi nümayəndələrinin, qeyri-hökümət təşkilatlarının, KİV və ictimaiyyət təmsilçilərinin iştirak etdiyi tədbiri giriş sözü ilə "Azərikimya” İB-nin İcraçı direktorun Əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov açaraq, ƏMTQ sənədi haqqında iştirakçılara məlumat verib.

Sonra "Azərikimya” İB-nin Modernizasiya və yenidənqurma işlərinin təşkili şöbəsi tərəfindən slaydlar vasitəsilə "Etilen-polietilen zavodunun "EP-300” qurğusunun modernizasiya və yenidənqurma layihəsi və onun texniki göstəriciləri” mövzusunda təqdimat keçirilib. Qeyd olunub ki, layihə ərazisi SOCAR-ın müvafiq struktur bölmələri tərəfindən tikinti işlərinin aparılması üçün təmizlənib, köhnə obyektlər demontaj edilib, yollar çəkilib, ətrafda abadlıq işləri aparılıb, ərazi tikinti işlərinin başlanılması üçün hazır vəziyyətə gətirilib. Layihənin icrası ilə mövcud texnoloji qurğular modernləşəcək, EP-300 qurğusunun istehsal gücü artacaq, texnoloji proseslərin stabil və təhlükəsiz istismarına nail olunacaq, nəticə etibarilə ümumi məhsuldarlığın artmasına, alınan məhsulun keyfiyyətinin yüksəldilməsinə, işçilərin iş şəraitinin və sosial rifah halının yaxşılaşmasına zəmin yaranacaqdır.

SOCAR-ın Ekologiya İdarəsi tərəfindən "ƏMTQ prosesi və layihənin ekoloji üstünlükləri”, "Layihə ərazisində ətraf mühitin ilkin vəziyyətinin tədqiqi”, "Potensial təsirlər və onların qiymətləndirilməsi” mövzularında geniş təqdimatlar dinlənilib, mütəxəssislər tərəfindən layihənin texniki göstəriciləri, layihə ərazisinin ilkin vəziyyəti, flora və fauna, tikinti və istismar dövründə proqnozlaşdırılan potensial təsirlər və onların yumşaldılması tədbirləri, alternativ variantlar, o cümlədən ekoloji monitorinq, ətraf mühitin, tullantıların və çirkab sularının idarə edilməsi planları və s. haqqında tədbir iştirakçılarına geniş məlumat verilib.

Tədbirin sonunda iştirakçıların çoxsaylı sualları ətraflı cavablandırılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR