Sumqayıtda hava

İqtisadiyyat

Azərikimya İB-də yenidənqurma işləri barədə QISA TƏQDİMAT

Azərikimya İB-də yenidənqurma işləri barədə QISA TƏQDİMAT

Ən iri şəhərlərimizdən biri Sumqayıt ötən əsrin ortalarından orada yaradılan istehsalat infrastrukturları ilə məşhurdur. Bununla yanaşı, şəhərin bir sıra köhnə sənaye zavod və fabrikləri ətraf mühit üçün olduqca əlverişsiz, zərərli idi.

SOCAR 2010-cu ildən başlayaraq "Azərikimya” İB-də müasir standartlara cavab verməyən, iqtisadi cəhətdən qeyri-səmərəli və, əsasən, ətraf mühitin ekologiyasına mənfi təsir göstərən istehsalatların sökülüb yenidən qurulmasını həyata keçirir. Çirklənmiş ərazilərdən külli miqdarda zəhərli maddə və kimyəvi tullantı utilləşdirilib. Təmizlənmiş ərazilərdə müasir tipli, ekoloji normalara uyğun yeni istehsal sahələrinin tikintisi aparılır, çünki bizim ən ali məqsədlərimizdən biri maksimum təmiz və səmərəli istehsala nail olmaqdır.

Azərikimya İstehsalat Birliyi

Azərbaycan Respublikası Prezidentinin "Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında" 2 aprel 2010-cu il tarixli Sərəncamına əsasən, "Azərikimya" Dövlət Şirkəti SOCAR-ın tabeçiliyinə verilmişdir.

Dövlət başçısının 2010-cu il aprelin 22-də imzaladığı "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə" Fərmanla SOCAR-ın tərkibində "Azərikimya" İstehsalat Birliyi təsis olunmuşdur. "Azərikimya" İB-nin strukturuna "Etilen-Polietilen" zavodu, "Səthi Aktiv Maddələr" zavodu, "Üzvi Sintez" zavodu, "Mexaniki Təmir" zavodu, "Kimyalayihə" institutu, Təmir-Tikinti idarəsi, Nəqliyyat və Xüsusi Texnika idarəsi, Anbar Təsərrüfatı daxildir.

Birliyin "Etilen-Polietilen" zavodunda 260000 ton/il gücündə Etilen, 136000 ton/il gücündə Propilen, 156000 ton/il gücündə Polietilen, 25000 ton/il gücündə TİPS, 24400 ton/il gücündə MİPS, 1750 ton/il gücündə MDİPE, Üzvi Sintez zavodunda 15000 ton/il gücündə Propilen Oksidi, 8000 ton/il gücündə Propilen Qlikol, 10800 ton/il gücündə Poliefir Qətranları, Səthi Aktiv Maddələr zavodunda 41000 ton/il gücündə Kaustik Soda, 36300 ton/il gücündə Xlor, 8000 ton/il gücündə Sulfat turşusu və 2550 ton/il gücündə quru Natrium Karbonat istehsalatları vardır.

"Azərikimya" İB-nin perspektiv inkişaf planına uyğun olaraq Birliyin fəaliyyətdə olan müxtəlif qurğularında beynəlxalq standartlara cavab verən müasir avadanlıqlarla əvəz edilməklə rekonstruksiya işləri həyata keçiriləcək, istehsal olunan məhsulların çeşidi və keyfiyyəti artırılacaqdır. "Azərikimya" İB-də yaxın gələcəkdə kimya sənaye parkının yaradılması da nəzərdə tutulur ki, bu da ölkənin iqtisadi inkişafına təkan verməklə yanaşı yeni iş yerlərinin açılmasına və gənc mütəxəssislərin işə cəlb olunmasına səbəb olacaqdır.

Hazırda "Etilen-Polietilen" zavodunun EP-300 və Polimir-120 qurğularında rekonstruksiya aparılması üçün tədqiqat işlərinə başlanmışdır. Tədqiqat işlərindən sonra hər iki qurğuda həyata keçiriləcək rekonstruksiya zamanı mənəvi-fiziki köhnəlmiş avadanlıqların daha müasir avadanlıqlarla əvəzlənməsi, texnoloji prosesin nəzarət-ölçü sisteminin modernləşdirilməsi, layihə gücünün artırılması, yeni xammal növlərinin - qaz fraksiyalarının tətbiqi nəzərdə tutulur.

Perspektiv inkişaf planı çərçivəsində yeni dövri su soyutma qurğusu və azot-oksigen qurğusunun tikintisi üçün hazırlıq işləri həyata keçirilir. Eyni zamanda son illər ölkə rəhbərliyinin kənd təsərrüfatının inkişafına diqqətinin və dəstəyinin nəticəsi olaraq yeni azot-karbamid gübrəsi istehsalatının tikintisi də nəzərdə tutulur. Hazırda bu istiqamətdə layihələndirmə işləri üçün müvafiq işlər görülür.

İcraçı Direktor: Babayev Xəqani Ədalət oğlu

Ünvan: Az 5000, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi-86

Telefon: (99412) 521-25-25

Faks: (99412) 447-82-75

www.socar.az/azch

Email:office.azerikimya@socar.az





Xəbər lenti

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

KATEQORIYALAR