Sumqayıtda hava

Cəmiyyət

Abşeronda “Basketbol” üzrə rayon birinciliyi keçirilib

7-16 yanvar 2015-ci il tarixdə Xırdalan şəhər 2 saylı tam orta məktəbdə Abşeron rayon məktəblilərinin XXVII spartakiadasının proqramına daxil olan oğlanlar arasında (17-yaşadək ) basketbol üzrə rayon birinciliyi keçirilib.

Yarışda rayonun 32 məktəb komandası tərkibində 360-dan çox məktəbli iştirak edib. Yarışın nəticəsinə görə I yerə Xırdalan şəhər 2 saylı tam orta məktəbin komandası, II yerə Xırdalan şəhər 3 saylı tam orta məktəb komandası, III yerə isə Masazır 3 saylı tam orta məktəbin komandası layiq görülüblər.

Abşeron rayon Gənclər İdman idarəsinin rəisi Əsgər Əmirəliyev bildirib ki,yarışın məqsədi yeniyetmə və gənclərin sağlamlığının qorunması, idmanın inkişaf etdirilməsi,rayonun yığma komandasının şəhər və Respublika birinciliklərində çıxışının təmin edilməsi olub.

Yarışda I, II və III yerləri tutmuş komandalar Abşeron Rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunublar.


(Abşeron Xəbər)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR