Sumqayıtda hava

Cəmiyyət

"Azərikimya" İB-də 20 Yanvar faciəsi ilə bağlı anım tədbirləri keçirilib

"Azərikimya" İB-də 20 Yanvar faciəsi ilə bağlı anım tədbirləri keçirilib

"Azərikimya" İB-də 20 Yanvar faciəsi ilə bağlı anım tədbirləri keçirilib

"Azərikimya" İB-də 20 Yanvar faciəsi ilə bağlı anım tədbirləri keçirilib

"Azərikimya" İB-də 20 Yanvar faciəsi ilə bağlı anım tədbirləri keçirilib

"Azərikimya" İB-nin Etilen-polietilen zavodunda və Təmir-tikinti İdarəsində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar geniş tədbirlər keçirilib.

Birlikdən "Yenisumqayit.az"a verilən bilgiyə görə, öncə kimyaçılar Etilen-polietilen zavodunun qarşısındakı meydançada torpaqlarımızın müdafiəsi uğrunda döyüşərək qəhrəmanlıqla şəhid olmuş 54 kimyaçının şərəfinə ucaldılmış xatirə kompleksini ziyarət edib, abidə önünə tər qərənfillər düzüblər.

Sonra tədbir akt zalında davam etdirilib. 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, tədbir iştirakçıları xalqımızın azadlıq, istiqlal mübarizəsinin qarşısını hər cəhdlə almağa çalışan Sovet imperiyasının Bakıda və respublikamızın digər şəhər və rayonlarında törətdikləri amansız qırğından, Kreml rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz, ermənipərəst siyasətindən söhbət açıblar. Qeyd olunub ki, 27 il bundan öncə - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının nəhəng hərb maşını müstəqillik uğrunda aparılan milli azadlıq mübarizəsini qan gölündə boğmaq üçün bir neçə istiqamətdən Bakı üzərinə yeridi. XX əsrdə insanlığa qarşı törədilmiş zorakılığın, qeyri-insani rəftarın, işgəncələrin ən dəhşətlilərindən biri olmaqla, hər birimizin yaddaşına «qanlı şənbə gecəsi» kimi həkk olunan bu hərbi təcavüz nəticəsində yüzlərlə vətəndaşımız şəhidlik zirvəsinə yüksəldi. Yaralananların, itkin düşənlərin sayı isə qat-qat artıq idi. Bu, yalnız yüzlərlə insanlara edilən qəsd deyil, bütövlükdə xalqımıza, millətimizə və respublikamıza qarşı həyata keçirilən bir cinayət aksiyası idi.

Tədbirdə 1990-cı ilin 20 Yanvar faciəsindən dərhal sonra həyatını təhlükədə qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn, Bakıda baş verənlərlə bağlı həqiqəti bütün dünyaya çatdıraraq, bu cinayətin birbaşa təşkilatçısı olanları əli qana bulaşmış qatil adlandıran, xalqımızın azadlıq mübarizəsinin qələbəsində, müstəqilliyimizin qorunub saxlanılmasında, ölkəmizin bugünkü sürətli sosial-iqtisadi inkişafında müstəsna xidmətləri olan Ulu öndər Heydər Əliyevi minnətdarlıq hissi ilə xatırlanıb, 20 Yanvar öz torpaqlarının müdafiəsinə qalxmış, haqsızlığa və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış, bunun müqabilində güclü və qansız düşmənlə üz-üzə qalmış dinc, əliyalın insanların mərdlik, rəşadət, qürur və qəhrəmanlıq tarixi adlandırılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR