Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları növbəti təlimdə

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları növbəti təlimdə

13 yanvar 2017-ci il tarixindən başlayaraq "Boulevard Hotel Baku”da dövlət gənclər siyasəti sahəsində çalışan dövlət qulluqçuları üçün "Gənclərlə işin təşkilində innovativ idarəetmə metodları” mövzusunda seminara start verilib. Yanvarın 17-dək davam etmiş seminar Gənclər və İdman Nazirliyi tərəfindən Paris Sorbon Abu Dabi Universiteti ilə birgə təşkil edilib.

Tədbirin rəsmi açılış mərasimində Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Fransanın Azərbaycandakı Səfiri xanım Aurelya Buşez, səfirin mədəniyyət və əməkdaşliq üzrə müşaviri Yohan Şitterer, Paris Sorbon Abu Dabi Universitetinin rektoru, professor Erik Fuaş və rektorun müşaviri İmran Muxtarov iştirak ediblər.

Seminarda Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları Rüfət Mahmudzadə, Ceyhun Hüseynov və Seymur Aslanov iştirak ediblər. 6 modul üzrə keçirilmiş seminarlarda dinləyicilərə gənclərlə işin təşkilinin idarəetməsində məlumatın toplanması mexanizmləri, ümumi strategiyanın və planın hazırlanması, təhlili, məzmunu, fərdi-əksetdirmə araşdırması, eləcə də müsahibə yolları, müşahidə metodları, hesabatlar, monitorinqlər, hadisələrin analizi və gənclərin elektron portalların yaradılması, qrup işinin səmərəli təşkili, XXI əsrdə informasiya texnologiyalarının gənclərlə işin təşkilində əhəmiyyəti, İKT vasitələrindən səmərəli və düzgün istifadə, gənclərlə iş üzrə İKT inkişaf modelinin tətbiqi, interaktiv qrup işinin keyfiyyətinə təsiri mexanizmlərinin araşdırılması, gənclərlə işin keyfiyyətinin inkişaf etdirilməsi mexanizmlərinin idarə edilməsində təqdimatetmə metodları və s. məsələr üzrə biliklər verilib.

Seminarın keçirilməsində əsas məqsəd Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın 5.2.2. (gənclər siyasəti sahəsində çalışan mütəxəssislərin bilik və bacarıq səviyyəsini yüksəltmək, onların hazırlığı və yenidənhazırlığı üçün mütəmadi təlimlər keçirmək) bəndinin icrasını təmin etməkdir.

Sonda iştirakçılara Paris Sorbon Universitetinin sertifikatlarının təqdim olunması nəzərdə tutulub."Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR