Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda sambo üzrə şəhər yarışına yekun vuruldu

Sumqayıtda sambo üzrə şəhər yarışına yekun vuruldu

Sumqayıtda sambo üzrə şəhər yarışına yekun vuruldu

13-15 yanvar tarixlərində "Alüminiumçu” İdman Evində "20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş sambo üzrə yeniyetmələr (1999-2001), gənclər (1997-1998) və kişilər arasında şəhər çempionatı keçirilib.

Şəhər Gənclər və İdman Baş İdarəsindən "Yenisumqayit.az"a bildirilib ki, 3 gün gərgin idman mübarizəsi şəraitində davam edən yarışda

- Nurlan Məmmədov (48 kq), Mirağa Hacıyev (52 kq), Ruslan Paşayev (56 kq), Nüsrət Həsənəlili (60 kq), Təbriz Dadaşov (65 kq), Rauf Məmmədzadə (70 kq), Kamran Novruzov (75 kq), Şahin Quliyev (81 kq), Firdovsi Nəsirov (87 kq) və Asif Əliyev (+87 kq) yeniyetmələr arasında,

- Nicat Süleymanov (48 kq), Rəşad Qulamov (52 kq), Ruslan Paşayev (57 kq), Rauf Məmmədzadə (62 kq), Ülvi Bayramov (68 kq), Kamran Novruzov (74 kq), Həsən Əlyarov (82 kq), Firdovsi Nəsirov (90 kq), Emin Kazımov (100 kq) və Nicat Aslanov (+100 kq) gənclər arasında,

- Vüsal Qurbanov (52 kq), İlqar Məmmədov (57 kq), Billuri Xəlilov (62 kq), Pərviz Şükürov (68 kq), Emin Qulamov (74 kq), Elşad Fətullayev (82 kq), Çingiz Ramazanov (90 kq) və Seymur Sadıqov (+100 kq) isə kişilər arasında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışların qalib və mükafatçıları cari ilin fevral ayında Bakı şəhərində keçiriləcək Azərbaycan çempionatında iştirak etmək hüququ əldə ediblər və şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyələri ilə təltif olunublar.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR