Sumqayıtda hava

Cəmiyyət

Gənclər Evində “Müasirlikdə Peyzaj təsvirləri” adlı sərgi keçirildi

Gənclər Evində “Müasirlikdə Peyzaj təsvirləri” adlı sərgi keçirildi

Yanvarın 21-də Sumqayıt Gənclər Evində Prezident yanında Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi və Rəsm Qalereyasının təşkilatı dəstəyi ilə "Müasirlikdə Peyzaj təsvirləri” adlı layihə çəçivəsində ilk sərgi təşkil edilib. Sərgidə çıxış edənlər layihə rəhbəri İlahə Əlizadə və "Nigart” rəsm dərnəyinin rəhbəri Nigar Qurbanova Gənclər Fondu tərəfindən bu cür layihələrin dəstəklənməsinin ölkəmizdə istedadlı və yaradıcı gənclərə olan diqqət və qayğının nəticəsi olduğunu bildirib və iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Qeyd olundu ki, Azərbaycan incəsənətini, milli mənəvi dəyərlərimizi, nəsildən-nəslə gətirib çıxarılan xəzinəmizi qorumaq, inkişaf etdirmək hər bir gəncimizin mənəvi borcudur. Məhz nadir sənət növlərimizdən olan peyzaj sənətinin də yeniyetmə və gənclər tərəfindən mənimsənilməsi, bu sənət növünün tədqiqi, örgənilməsi, təbliği vacib məsələdir.

Sərgidə "Müasirlikdə peyzaj təsvirləri” mövzusunda yeniyetmə və gənclərin əl işlərindən ibarət 30 rəsm əsəri nümayiş olunub. İştirakçılar rəsm əsərlərində Azərbaycan təbiətinin təsvirlərinə xüsusi yer verib.

Sonda sərgidə əsələri nümayiş olunmuş iştirakçılara sertifikatlar, 3 fərqli işin sahibinə isə xatirə hədiyyələri təqdim edilib.

"Yenisumqayit.az"

Gənclər Evində “Müasirlikdə Peyzaj təsvirləri” adlı sərgi keçirildi

Gənclər Evində “Müasirlikdə Peyzaj təsvirləri” adlı sərgi keçirildi

Gənclər Evində “Müasirlikdə Peyzaj təsvirləri” adlı sərgi keçirildi

Gənclər Evində “Müasirlikdə Peyzaj təsvirləri” adlı sərgi keçirildi

Gənclər Evində “Müasirlikdə Peyzaj təsvirləri” adlı sərgi keçirildi

 

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR