Sumqayıtda hava

Redaktorun Seçimi, Hadisə

Abşeronda ev yandı, Sumqayıtda avtomobil

Abşeronda ev yandı, Sumqayıtda avtomobil


"Yeni Sumqayıt"ın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata əsasən noyabrın 30-da Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanmış, digər otaqda isə yüksək temperatur nəticəsində 1 ədəd kondisioner ərimişdir.
Evin digər hissəsi və bitişik qonşu ev yanğından mühafizə olunmuş, yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Sumqayıt şəhərində isə vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuş, yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR