Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt gəncləri üçün “İT mühəndislik” təlimi keçirildi

Sumqayıt gəncləri üçün “İT mühəndislik” təlimi keçirildi

Sumqayıt gəncləri üçün “İT mühəndislik” təlimi keçirildi

Sumqayıt gəncləri üçün “İT mühəndislik” təlimi keçirildi

Yanvarın 21-də Sumqayıt şəhərində Prezident yanında Gənclər Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə "Sumqayıt Tələbələri” ictimai birliyi tərəfindən "USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsi çərçivəsində "İT mühəndislik” peşəsi mövzusunda növbəti təlim keçirilib.

Layihənin koordinatoru Rəşad Yunusov gənclər arasında peşə təhsilinə marağın artırılması, onlara müasir peşələrə yiyələnməyin yollarının öyrədilməsi istiqamətində qeyri hökumət təşkilatlarının fəaliyyətlərini genişləndirmək layihənin əsas məqsədlərindən olduğunu qeyd edib.

Təlim şəbəkə texnologiyaları sahəsində peşəkar mütəxəssis Seymur Mirişov tərəfindən keçirilib.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihə çərçivəsində gənclər üçün "Dəbli biznes” mövzusunda da təlim təşkil olunacaq.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR