Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt Bələdiyyəsi hesabat verdi

Sumqayıt Bələdiyyəsi hesabat verdi

Sumqayıt Bələdiyyəsi hesabat verdi

Sumqayıt Bələdiyyəsi hesabat verdi

Bu gün Sumqayıt Bələdiyyəsinin hesabat yığıncağı keçirilib. Tədbirdə çıxış edən Bələdiyyə sədri Sultan Əsədov qurumun hesabatını diqqətə çatdırıb.S.Əsədov son bir il ərzində Sumqayıtda həyata keçirilmiş irimiqyaslı layihələr, görülən abadlıq-quruculuq işləri barədə danışıb.

Qeyd edilib ki, Prezident İlham Əliyev Sumqayıta səfəri zamanı burada görülmüş işəri olduqca yüksək qiymətləndirib. S.Əsədov 2016-cı ildə Sumqayıt Bələdiyyəsinin fəaliyyətində dönüş yarandığını deyib, Bələdiyyənin öz işini Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun şəhərin abadlıq və yenidənqurma istiqamətində müəyyən etdiyi strateji inkişaf planına uyğun qurmağa çalışdığını bildirib.

Yığıncaqda bələdiyyə tərəfindən həyata keçirilən sosial layihələr, aparılmış abadlıq işləri, xarici ölkə şəhərlərinin bələdiyyələri ilə əməkdaşlıq və digər istiqamətlər barədə məlumatlar verilib.

Bir neçə məhəllə komitəsinin hesabatı və təklifləri dinlənilib.

Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Faiq Kərimov icra başçısı Zakir Fərəcovun rəhbərliyi altında qısa zamanda həyata keçirilmiş layihələr barədə danışıb, yenidənqurma işlərinin davam edəcəyini qeyd edib. F.Kərimov Bələdiyyənin gələcək fəaliyyəti ilə bağlı tövsiyə və təkliflərini diqqətə çatdırıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR