Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda Əməkdar Məşqçi Qərib Əliyevin 60 illik yubileyi qeyd edildi

Sumqayıtda Əməkdar Məşqçi Qərib Əliyevin 60 illik yubileyi qeyd edildi

Yanvarın 27-də 1 nömrəli Uşaq-Gənlər İdman Məktəbinin konfrans zalında "Tərəqqi” medalçısı, yunan-roma güləşi üzrə "Azərbaycan Respublikasının Əməkdar Məşqçisi”, "Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi”, Beynəlxalq dərəcəli hakim Qərib Tələt oğlu Əliyevin anadan olmasının 60 illik yubileyi ilə bağlı mərasim keçirilib. Bu barədə "Yenisumqayit.az"a şəhər Gənclər və İdman Baş İdarəsindən bilgi verilib.

Mərasimi giriş sözü ilə açan şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov yubilyarın keçdiyi şərəfli həyat yolundan, məşqçi-müəllim kimi yunan-roma güləşi idman növünün təbliği və inkişafında uğurlarından, yetirmələrinin Dünya və Avropa yarışlarında əldə etdiyi yüksək nailiyyətlərdən, şəhərin ictimai-siyasi və mədəni həyatında fəaliyyətindən danışıb, bu kimi insanların şəhər rəhbərliyinin daim diqqət mərkəzində saxlanıldığını bildirib, poeziya vurğunu olan Q.Əliyevin yazdığı şeirləri oxuduqca onun daxili aləminin nə qədər zəngin olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.

T.Səmədov şəhərdə bədən tərbiyəsi və idman sahəsində xidmətlərinə görə yubilyarı İcra hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edib.

Yubiley tədbirində şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov, "Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi” Əhməd Rəcəbli, Firdovsi Ömərov, Məmməd Eyvazov, "Azərbaycan Respublikasının Əməkdar məşqçi”ləri Əfqan Əsədov, Vaqif Zeynalov, "Alüminiumçu” İdman Evinin direktoru Səxavət Nərimanov, "Tərəqqi” medalçısı Mirağa Qiyasov Qərib Əliyevin çoxşaxəli fəaliyyətindən danışaraq onu 60 illik yubileyi münasibətilə təbrik edibşlər.

Q.Əliyev ona göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə, Gənclər və İdman Nazirliyi və şəhər rəhbərliyinə dərin minnətdarlığını bildirib.

"Yenisumqayit.az"

Sumqayıtda Əməkdar Məşqçi Qərib Əliyevin 60 illik yubileyi qeyd edildi

Sumqayıtda Əməkdar Məşqçi Qərib Əliyevin 60 illik yubileyi qeyd edildi

Sumqayıtda Əməkdar Məşqçi Qərib Əliyevin 60 illik yubileyi qeyd edildi

Sumqayıtda Əməkdar Məşqçi Qərib Əliyevin 60 illik yubileyi qeyd edildi

Sumqayıtda Əməkdar Məşqçi Qərib Əliyevin 60 illik yubileyi qeyd edildi

Sumqayıtda Əməkdar Məşqçi Qərib Əliyevin 60 illik yubileyi qeyd edildi





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR