Sumqayıtda hava

Manşet, Elan

“Sumqayıt Gənclər Evi”ndən könüllülük müsabiqəsi - QEYDİYYAT

“Sumqayıt Gənclər Evi”ndən könüllülük müsabiqəsi - QEYDİYYAT

"Sumqayıt Gənclər Evi” könüllülük müsabiqəsi elan edir.

Müsabiqənin məqsədi şəhərin müxtəlif sahələrini təmsil edən gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsinə şərait yaradılması, sosial fəaliyyətlərinin artırılması, bilik və bacarıqlarının üzə çıxarılmasıdır. Könüllülər həmçinin "Sumqayıt Gənclər Evi”ndə keçirilən seminarlar, təlimlər, ingilis və rus dillərində danışıq klublarında, intelektual oyunlar, tur gəzintilərində, əlamətdar günlərə həsr olunmuş bayram tədbirlərində, flaşmoblarda iştirak edəcəklər.

Könüllülük müsabiqəsində iştirak etmək üçün yaş həddi 18 - 25 yaşdır.

Könüllülük müsabiqəsi iki istiqamət üzrə nəzərdə tutulub:

1. Təşkilatı işlər

2. Müəllim köməkçisi

Qeyd: Müəllim köməkçisi istiqamətində müraciət edəcək könüllülərin pedaqoji təhsili olması zəruridir.

Könüllülük xidməti təşkilatı işlər üzrə 3 ay, müəllim köməkçisi kimi 4 ay müddətinə nəzərdə tutulmuşdur.

Könülllülük fəaliyyətinin sonunda iştirakçılara Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin fəaliyyətlər üzrə ”Könüllülük Sertifikatı” təqdim ediləcək.

Müraciət etmək istəyən gənclər 18 Fevral 2017-cı il tarixinə kimi CV-lərini genclerevi.sumgait@mail.ru elektron ünvanına göndərə və ya "Sumqayıt Gənclər Evi”nə təqdim edə bilərlər.

Əlaqə nömrələri: 018 655 47 32, 050 862 01 80, 055 887 42 52

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR