Sumqayıtda hava

Manşet, Cəmiyyət

Bir gəncin uğur hekayəsi - FAİQ ƏSGƏROV

Bir gəncin uğur hekayəsi - FAİQ ƏSGƏROV

2008-ci ildə heç kimə tanış olmayan məşqçi Faiq Əsgərov Sumqayıt şəhərindən öz yetirmələrinin "Qızıl balıq” uşaq yarışlarında iştirakı üçün bildiriş verdi. Buna qədər Sumqayıtda professional üzgüçülük yox idi. Buna görə məşqçilərin əksəriyyəti ona əhəmiyyət vermədi. Amma nahaq yerə.

Bir gəncin uğur hekayəsi - FAİQ ƏSGƏROV

İlk yarışlarda Sumqayıt komandası bir neçə mükafat yerlərini aldı. Komandada olan birlik və nizam intizam ən çox gözə çarpırdı.

Bir ildən sonra Sumqayıt üzgüçüləri Faiq Əsgərovun rəhbərliyi altında təkcə uşaq yarışlarında yox, həmçinin "Şən delfin” gənclər turnirində birinci yerləri tutdu. Faiq müəllim haqqında yaxşı məşqçi kimi danışılmağa başlandı. Professional məşq karyerası sürətlə inkişaf etməyə başladı.

Cəmi iki il ərzində Faiq müəllim döyüş qabiliyyətli uşaq komandasını hazırladı. 2010-cu ildə birinci yerləri Sumqayıt üzgüçüləri təkcə uşaq yarışlarında deyil, gənclik turnirlərində də qazandı. Şəxsi fənlərdə qalibiyyət komanda estafetlərdə olan uğurlarla uyğunlaşırdı.

Bir gəncin uğur hekayəsi - FAİQ ƏSGƏROV

Bir gəncin uğur hekayəsi - FAİQ ƏSGƏROV

Faiq müəllim Sumqayıtda geniş fəaliyyətə başladı. 4 hovuzda gənc üzgüçülərin hazırlığı üçün aktiv iş gedirdi. Gələcəkdə ilkin hazırlıq qrupları ilə sərbəst işləməyə başlayacaq cavan məşqçilərlə də tədris aparılırdı. Faiq müəllim Sumqayıt şəhərinin baş məşqçisi təyin olundu. Onun rəhbərliyi altında Sumqayıt Üzgüçülük Klubu yarandı.

2012-ci ildən başlayaraq Sumqayıt üzgüçüləri beynəlxalq yarışlarda iştirak etməyə başladı. Gürcüstan və Türkiyədə qızıl medallar qazanıldı.Cavan mütəxəssisin karyerasında ən məhsuldar il 2015-ci il oldu. Bu ildə Sumqayıtın baş məşqçisi hakim kimi Bakıda Birinci Avropa Oyunlarının iştirakçısı oldu. Həmin ildə Faiq müəllim Azərbaycan Uşaq Paralimpiya yığmasına rəhbərlik etdi və həmçinin Azərbaycan yığmasının məşqçilərindən biri oldu. Onun şagirdləri Nurlan Mahmudzadə, Fuad Rəcəbli və İlahə Raciyeva yığmanın üzvləri oldu. Qeyd etmək istərdik ki, İlahə idman ustasına namizəd dərəcəsini yerinə yetirərək 2017-ci ildə Bakıda keçiriləcək İslam Oyunlarına hazırlıq qrupuna daxil oldu. Bu gün Raciyeva idman ustası nəticəsinə yaxınlaşıb.

Bir gəncin uğur hekayəsi - FAİQ ƏSGƏROV

Bir gəncin uğur hekayəsi - FAİQ ƏSGƏROV

2016-cı ildə Faiq Əsgərov, Zamir Əzizov, Emin Aslanov və Anar Məmmədov Azərbaycan Üzgüçülük Klubunun sükanı arxasında durdu. Klubun əsas vəzifəsi su idman növlərinin yayılması və uşaq üzgüçülüyün inkişafıdır. Azərbaycan üzgüçülüyü haqqında rus - azswimm.az və Azərbaycan dilində - az.azswimm.az saytları və həmçinin facebook səhifələri açıldı.

Faiq müəllim təkcə istedadlı məşqçi deyil, həmçinin yarış və turnirlərin yaxşı təşkilatçısıdır. Hamı qeyd edir ki, Sumqayıt yarışları idman menecmentinin yüksək səviyyəsində keçirilir. Burada Faiq müəllimin və onun komandasının böyük xidməti var.

Bir gəncin uğur hekayəsi - FAİQ ƏSGƏROV

Bir gəncin uğur hekayəsi - FAİQ ƏSGƏROV

Faiq Vüsal oğlu Əsgərov 29 sentyabr 1987-ci ildə Sumqayıt şəhərində anadan olub. Uşaqlıqdan üzgüçülüklə məşğul olub. Sonra bədən Tərbiyəsi İnstitutuna daxil olaraq üzgüçülük kafedrasını bitirib. 3 il FHN-da işləyib və yalnız 2008-cı ildə məşq fəaliyyətinə başlayıb. Sonra nə olduğunu artıq bilirsiniz...

Bu gün Faiq Əsgərov Üzgüçülük üzrə Azərbaycan yığmasının, həmçinin Sumqayıt şəhər yığmasının və Üzgüçülük üzrə Azərbaycan Uşaq Paralimpiya yığmasının məşqçisidir. Bundan başqa o Sumqayıt Üzgüçülük Klubunun təsisçisi və Azərbaycan Üzgüçülük Klubunun təsisçilərindən biridir, yaxşı təşkilatçı, rəhbər, ata və həyat yoldaşı, Əsil Azərbaycan oğludur!!!

az.azswimm.az

Bir gəncin uğur hekayəsi - FAİQ ƏSGƏROV

Bir gəncin uğur hekayəsi - FAİQ ƏSGƏROV

Bir gəncin uğur hekayəsi - FAİQ ƏSGƏROV





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR